Bərdə şəhər stadionu — Bərdə şəhərində fəaliyyət göstərən idman obyekti.
1981-ci ildə tikilib istifadəyə verilib. Müxtəlif illərdə Azərbaycan çempionatlarında çıxış edən Bərdəni təmsil edən “Pambıqçı” və sonra “ABN-Bərdə” futbol komandaları öz oyunlarını bu stadionda keçirib. 2010-cu ildə Bərdədəki futbol komandası dağıldıqdan sonra stadion da istifadəsiz qalıb. 2023-cü ildə yenidən yaradılan "Bərdə" FK istifadəsiz və yararsız olan bu stadiondan istifadə etməyə başlayıb.
Stadion Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının balansındadır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycan stadionları Kateqoriya:Bərdə rayonunda idman Kateqoriya:1981-ci ildə yarananlar