() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.
Təsviri Qanadları açılmış halda 40–45 mm-dir. Ön qanadları açıq-yaşıl rəngdədir. Ortasında olan eninə zolaq və kənarları tünd qəhvəyidir. Ön qanadın kənarları dişlidir. Arxa qanadları açıq-qəhvəyi, kənarlarındakı dişciklər ön qanadlara nisbətən zəifdir. Döşü üzərində iki yaşıl ləkə vardır. Qarıncığı arxa qanadların rəngindədir.
Yayılması Orta Avropa, qərbi və şərqi Rusiya, Sibirin hər yerində yayılmışdır. Azərbaycanda isə Kiçik Qafqazın dağlıq hissələrində (Daşkəsəndə) rast gəlinir. Kəpənəyi iyunun axırlarında uçur.
Həyat tərzi Dağ çəmənlikləri, meşə açıqlığı və kolluqlar. Həyat tərzi öyrənilməişdir. Tırtılı iyundan avqusta qədər müxtəlif meşə yabanı taxılkimilər ilə qidalanır. Kəpənəyi iyun ayında uçur.
Sayı Azsaylıdır. Azərbaycanda cəmi 2 kəpənəyi tutulmuşdur.
Məhdudlaşdırıcı amillər Yaşadığı biotopların əkin üçün istifadə olunması, həvəskar kolleksiyaçılar tərəfindən toplanması.
Qorunması üçün məsləhət görülən tədbirlər Yaşayış yerlərində yasaqlıq təşkil etmək, biologiyasını ətraflı öyrənmək.
İstinadlar
Həmçinin bax
Kateqoriya:1758-ci ildə təsvir edilən güvələr Kateqoriya:Avrasiya həşəratları Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları