Cozef Leydi (; ) — Amerikalı paleontoloq, bioloq
Həyatı 1853-cü ildən Cozef Leydi Pensilvaniya universitetində anatomiya elmləri üzrə professor, daha sonralar isə Suartmor kollecdə təbiət elmləri üzrə professor olmuşdur. O, 1869-cu ildə dərc olunan "Extinct Fauna of Dakota and Nebraska" adlı əsərində Şimali Amerikada həmin vaxtadək naməlum olan çoxlu nəsli kəsilmiş heyvan növləri haqqında məlumat vermişdir.
Leydi həmçinin tanınmış parazitoloq olmuşdur. 1846-cı ildə o müəyyən etmişdir ki, pendirdə və ya pis qızardılmış ətdə olan Trichinella spiralis paraziti zooloji mənşəli infeksion xarakterli trişinoz xəstəliyinin törədicisidir.
Hələ Çarlz Darvinə qədər ətraf mühitin orqanizmə təsirindən bəhs etmişdir. Çarlz Darvin öz nəzəriyyəsini nəşr etdirəndə Leydi böyük sevinc hissi ilə onun yanına gəlmişdi. Buna görə də bəzən onu ateizə meyil etməkdə günahlandırırdılar.
1879-cu ildə o, "Freshwater Rhizopods of North America" əsərini nəşr etdirmişdir.
1884-cü ildə Cozef Leydi Layell medalı ilə təltif edilmişdir.
Əsərləri Ancient Fauna of Nebraska (1853) On the Extinct Sloth Tribe of North America (1855) The Extinct Mammalian Fauna of Dakota and Nebraska (1869) Contributions to the Extinct Vertebrate Fauna of the Western Territories (1873)
İstinadlar
Mənbə Cretaceous reptiles of the United States, Wash., 1865; Researches in helminthology and parasitology. Wash., 1904.
Xarici keçidlər Chapman Henry C. 1891. Memoir of Joseph Leidy, M. D., LL. D. Proceedings of the Academy of Natural Sciences of America, Academy of Natural Sciences, Philadelphia. Persifor Frazer. 1892 (January). Joseph Leidy, M. D., LL. D. The American Geologist, Philadelphia. The Joseph Leidy on-line exhibit at the Academy of Natural Sciences The Joseph Leidy Microscopy Portal
View works by Joseph Leidy online at the Biodiversity Heritage Library. National Academy of Sciences Biographical Memoir
Kateqoriya:Parazitoloqlar Kateqoriya:ABŞ paleontoloqları Kateqoriya:Kriminalçı-ekspertlər Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:Botanika taksonlarının müəllifləri Kateqoriya:Zoologiya taksonlarının müəllifləri