Şəmkir şəhər stadionu — Şəmkir şəhərində fəaliyyət göstərmiş idman obyekti.

Tutumu 11,500 nəfər idiWorld Stadiums — Stadiums in Azerbaijan (Dünya Stadionları — Azərbaycanda Stadionlar) . "Şəmkir" FK ev oyunlarını bu stadionda keçirirdi. Regionlar arasında UEFA tərəfindən ilk lisenziyanı məhz bu arena alıb. Maliyyə problemləri üzündən ötən mövsümün əvvəlində fəaliyyətini dayandıran ikiqat Azərbaycan çempionu "Şəmkir" komandasının ev arenası kimi yararlandığı Şəmkir şəhər stadionu isə hazırda istifadəsiz qalıb. Baxımsızlıqdan ot örtüyü yararsız vəziyyətə düşməkdədir. Stadiondakı tribunanın tavanı çöküb.2021-ci ildə stadion tamamilə sökülmüşdür və əvvəllər stadionun yerləşdiyi ərazi boşdur.

İstinadlar

Kateqoriya:Azərbaycan stadionları Kateqoriya:Şəmkir rayonunda idman Kateqoriya:Azərbaycan futbol stadionları