Səfixanlar — Azərbaycan Respublikasının Şuşa rayonunun Səfixanlar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun Səfixanlar kəndi Xanalı kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Səfixanlar kənd Soveti yaradılmışdır. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Səfixanlar kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19–20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır.
Toponimikası Kəndin ərazisində eyniadlı çay da vardır. Səfixanlar sərkarların tirələrindən biri olmuşdur. 1917-ci ildə Bərdə rayonunun Şirvanlı icmasında Səfixan Sərkar adlı yaşayış məntəqəsi qeydə alınmışdır.
Tarixi
Coğrafiyası və iqlimi Kənd Sarıbaba dağının yaxınlığında yerləşir.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Şuşa rayonunun kəndləri