Göytala (əvvəlki adı: Qanaçtala) — Azərbaycan Respublikasının Şuşa rayonunun Göytala kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun Yextsahoğ kənd Sovetinin Qanaçtala kəndi Göytala kəndi adlandırılmışdır. Göytala kəndi Yextsahoğ kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Göytala kənd Soveti yaradılmışdır. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Göytala kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 2022-ci ilin avqustunda Laçın dəhlizini əvəz edən Rusiya sülhməramlılarının nəzarətində olan Ermənistan və Dağlıq Qarabağ arasında yeni dəhlizdə yerləşir. 19–20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır.

Toponimikası XIX əsrdə gəlmə ermənilər burada yerləşdikdən sonra kəndi Qanaçtala adlandırmışdılar (qanaç erm. "göy, yaşıl" deməkdir). 1991-ci ildə kəndin keçmiş adı bərpa edilmişdir. Kənd salındığı ərazinin adını daşıyır. Göytala "yaşıl çəmən" deməkdir.

Tarixi Bu ərazi 2000-ci il dekabrın 14-də qəbul edilmiş Ermənistanın nüvə proqramının 4-cü maddəsində Ermənistanın nüvə zonalarına aid olunmuşdu.Azərbaycan tarixi. Yeddi cilddə. VII cild (1941-2002-ci illər). Bakı. "Elm". 2008. səh. 269. "Azərbaycan" qəzeti, 15 yanvar 2003-cü il.

Coğrafiyası və iqlimi Kənd Yağlıdərəçayın (Həkəri çayının qolu) sahilində, Qarabağ silsiləsinin yamacında yerləşir.

İstinadlar

Xarici keçid https://bdrnk.wordpress.com

Həmçinin bax

Kateqoriya:Şuşa rayonunun kəndləri