Kiçik Qaladərəsi — Azərbaycan Respublikasının Şuşa rayonunun Qaladərəsi kənd inzibati ərazi dairəsində kənd.
Toponimikası
Tarixi 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Kiçik Qaladərəsi kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir.
2022-ci ilin avqustunda Laçın dəhlizini əvəz edən Rusiya sülhməramlılarının nəzarətində olan Ermənistan və Dağlıq Qarabağ arasında yeni dəhlizdə yerləşir.
19–20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır.
Əhalisi Böyük Qayıdış proqramı çərçivəsində 8 iyul 2026-cı ildə Şuşa rayonunun Kiçik Qaladərəsi kəndinə 51 nəfərdən ibarət 15 ailə köçürülüb və onlara mənzillərin açarları təqdim edilib.
Həmçinin bax
Böyük Qaladərəsi
İstinadlar
Kateqoriya:Şuşa rayonunun kəndləri