Xanlıqpəyə — Azərbaycan Respublikasının Şuşa rayonunun Səfixanlar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun Xanalı kənd Sovetindən Xanlıqpəyə kəndi Səfixanlar kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xanlıqpəyə kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19–20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır.

Toponimikası Yaşayış məntəqəsinin ərazisi vaxtilə Qarabağ xanlarının yurd yeri olmuşdur. Burada xanlara məxsus at ilxıları saxlandığından kənd belə adlandırılmışdır.

Tarixi

Coğrafiyası və iqlimi Kənd dağətəyi ərazidə yerləşir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Şuşa rayonunun kəndləri