Yapon dili ( ) — Yaponiyanın rəsmi dövlət dilidir. Şərq dillərindən hesab olunur. Bu dildə 125 milyon insan danışır. Əlifbası çin dilinin "kanci" xəttindən formalaşmışdır. Kanci hiraqana və katakanada istifadə olunur. Bundan başqa "imatokana" deyilən və sadəcə imperator sarayında istifadə edilən bir xətt növü də vardır. 2000-dən çox kanci istifadə olunur, lakin hiraqana və kataqananın hərəsi 47 hərfdir. Bu xətlərə bəzi əlamətləri artırdıqda başqa səslər əmələ gəlir. Müasir yapon dilində, xüsusən şirkət adları, reklamlar və yapon dilinin kompüterə keçirilməsində romaci adı verilən latın əlifbası da işlənir.

Türk dilləri kimi iltisaqi dildir. Yapon dili Ural-Altay dillərindən olduğuna görə türk dillərinə müəyyən yaxınlığı vardır.

Dilin adı Yaponca yapon dili iki cür adlanırlar. Başqa dillərin kontekstində "nihonqo" (日本語) sözü işlədilir. Bu, hərfi tərcümədə "yapon dili" deməkdir. Lakin, milli mədəniyyətin bir hissəsi, Yaponiyada tədris olunan fənn kimi, doğma dövlət dili olaraq o, adətən "kokuqo" (國語 və ya 国語), yəni "ölkə dili" və ya "milli dil" adlandırılır. Bu söz başqa dillər üçün də istifadə edilə bilər, amma əsasən məhz yapon dili üçün istifadə edilir.

Tarixi Yapon dili yazıda Yayoy dövründən başlayaraq istifadə olunur."The Japanese were exposed to written matter as early as the late Yayoi period (c. ?1000 BC- 300 AD)." A History of the Japanese Language, Cambrige University Press, 2011, page 11.

Hiraqana əlifbası Hiraqanaあ aい iう uえ eお o(ya)(yu)(yo)か kaき kiく kuけ keこ koきゃ kyaきゅ kyuきょ kyoさ saし shiす suせ seそ soしゃ shaしゅ shuしょ shoた taち chiつ tsuて teと toちゃ chaちゅ chuちょ choな naに niぬ nuね neの noにゃ nyaにゅ nyuにょ nyoは haひ hiふ fuへ heほ hoひゃ hyaひゅ hyuひょ hyoま maみ miむ muめ meも moみゃ myaみゅ myuみょ myoや yaゆ yuよ yoら raり riる ruれ reろ roりゃ ryaりゅ ryuりょ ryoわ vaゐ viゑ veを voん nが gaぎ giぐ guげ geご goぎゃ gyaぎゅ gyuぎょ gyoざ zaじ jiず zuぜ zeぞ zoじゃ jaじゅ juじょ joだ daぢ (ji)づ (zu)で deど doぢゃ (ja)ぢゅ (ju)ぢょ (jo)ば baび biぶ buべ beぼ boびゃ byaびゅ byuびょ byoぱ paぴ piぷ puぺ peぽ poぴゃ pyaぴゅ pyuぴょ pyo

Katakana əlifbası right|thumb|350px|Üfiqi yapon qrafikasından nümunə ア (a) イ (i) ウ (u) エ (e) オ (o)

K カ (ka) キ (ki) ク (ku) ケ (ke) コ (ko)

S サ (sa) シ (şi) ス (su) セ (se) ソ (so)

T タ (ta) チ (çi) ツ (tsu) テ (te) ト (to)

N ナ (na) ニ (ni) ヌ (nu) ネ (ne) ノ (no)

H ハ (ha) ヒ (hi) フ (fu) ヘ (he) ホ (ho)

M マ (ma) ミ (mi) ム (mu) メ (me) モ (mo)

Y ヤ (ya) ユ (yu) ヨ (yo)

R ラ (ra) リ (ri) ル (ru) レ (re) ロ (ro)

V ワ (va) ヰ (vi) ヱ (ve) ヲ (vo / o)

N ン (n)

Kanci Eramızın V əsrində Çindən Yaponiyaya gəlmiş xəttdır. Katakana və hiraqana da kancidən tutulmuş xəttdir. Hazırda kanci Çin, Yaponiya və Koreyada işlənilir.

Misal Kanci Tələffüz Məna 土tsuçiTorpaq 天tenGöy, səma 水mizuSu 火災KasaiOd, atəş 風kazeYel, külək 男otokoKişi 女onnaQadın 食べるtaberuyemək 飲むnomuiçmək 大きいōkiiböyük 小さいçīsaibalaca 夜yoruGecə 日hiGündüz

Qrammatikası Sifətin ismi təyin etməsi və onun isimdən öncə gəlməsi türk diliylə eynidir.

Məsələn: 赤いリンゴ akai rinqo qırmızı alma 私の赤いリンゴ vataşi no akai rinqo  mənim qırmızı almam Subyekt cümlənin əvvəlində gəlir. Cümlənin tərtibi belədir: Subyekt Obyekt Fel. Misal: 私はリンゴを食べました。 vataşi va rinqo o tabemaşta. (mən almanı yedim). リンゴを私は食べました。rinqo o vataşi va tabemaşta. (almanı mən yedim).

Sadə söz və ifadələr おはようございます。Ohayo →  Sabahınız xeyir こんにちは Konniçiva  → Salam こんばんは Konbanva → Axşamınız xeyir さようなら Sayonara → Gülə gülə おやすみなさい Oyasuminasay → Gecəniz xeyir お元気ですか Ogenki desu ka? → Necəsiniz? はい hai → Bəli いいえ ie → Xeyr ありがとうございます Arigato → Sağ olun (təşəkkür edirəm)

Fonetika Yapon dilində 5 sait var. (あ (a), い (i), う (u), え (e), お (o)). Bütün samitlər bu 5 saitlə işlənilir. Ona görə yapon dilində samit səs tək işlənilmir (ん (N) hərfindən başqa). Məsələn, Ka, Ha, Ma, Sa, Ta, Ra, Ya.

Tarixi mənbələrə görə Nara dövründə yapon dilində 8 sait varmış. Bu səslərdən 3-ü Heyan dövründə ixtisar olunub. Azərbaycan dilində olub yapon dilində olmayan səslər bunlardır: X, Ğ, J, Ö, Ü, V, G. Yapon dilində olub Azərbaycan dilində mövcud olmayan səslər isə bunlarddır: つ (Tsu) və わ (Ua). Yapon dilində qəliz səslər (X, Ğ, J) olmadığına görə sadə səslənir. Səslənmə baxımından ispan, yunan və italyan dillərinə yaxındır.

Mənbə ASE, V cild, Bakı, 1981, səh. 69

Xarici keçidlər Yapon dili əlifba tapşırıq (PDF) AKSER Brasil – Video

Kateqoriya:Yaponiya dilləri Kateqoriya:Aqqlütinativ dillər