Anaksimandr (yun. Ἀναξίμανδρος, ) — Milet məktəbinin ikinci tanınmış filosofu. O, dünyanın yaranması və quruluşu haqqında fikirlərini "Təbiət haqqında" (yun. Περί φύσεως) adlı kitabında açıqlamışdır. Bu kitab yunanların ilk elmi kitabı hesab edilir. Ancaq günümüzə onun yalnız bəzi fraqmentləri gəlib çatmışdır.
Həyatı Antik dövrün tarixçisi Apollodora göre 42-ci olimpiadanın 3-cü ilində- e.ə. 610-cu ildə Miletdə doğulmuç, 58-ci olimpiadanın 2-ci ilində- e.ə. 546-cı ildə 64 yaşında vəfat etmişdir.
Anaksimandr Milet məktəbinin qurucusu Falesin şagirdi idi.
Fəlsəfəsi Anaksimander də öz dönəminin ən bilikli adamlarımdan biri olmuşdur. O ilk dəfə "qanun" anlayışını cəmiyyətə deyil, həm də elmə və təbiətə aid etmişdirPark. D. The Grand Contraption: The World as Myth, Number, and Chance. Independent Publisher Book Awards,2006, p. 15.. O, Yunanıstanda ilk dəfə olaraq günəş saatını kəşf etmiş, həm də günümüzə çatmayan dünya xəritəsini çəkmişdir.
Anaksimanderə görə yer kainatın mərkəzində yerləşir, silindr formasındadır və bir sütuna bənzəyir. Onu hər tərəfdən od bürüyür. Hər şey "apeyron" (yun. απειρον) adlanan ilk maddədən yaranmışdırАсмус В. Ф. Античная философия . М.: Высшая школа, 1976, c. 26.. O da özündə bütün varlığın əsaslarını birləşdirir. Bu baxımdan, kainat canlıya bənzər varlıqdır. O yaranır, yaşayır, sonra yenidən yaranmaq üçün məhv olur. Sonda isə hər şey yenidən "apeyrona" qayıdır.
Onun fikrincə həyat dənizdən başlamışdır. Sonra təkamül nəticəsində bütün canlılar yaranmışdır. İlk olaraq sudan iynə dərili heyvanlar əmələ gəlmiş, sonra onlar lildən çıxaraq iynələrini itirmişdir. İnsan isə çox zəif olduğundan başqa cür yaranmışdır. O, öncə balıqların içində olmuş, sonra oradan çıxaraq müstəqil həyat sürməyə başlamışdır.
Mənbə ("Fəlsəfəsi" bölümü)
Ədəbiyyat
Асмус В. Ф. Античная философия. — М.: Высшая школа, 1998. Каринский М. И. Бесконечное Анаксимандра. — СПб., 1890. Couprie D. L., Hahn R., Naddaf G. Anaximander in Context: New Studies in the Origins of Greek Philosophy. — Albany: State University of New York Press, 2003.
Xarici bağlantılar Philoctete – Anaximandre: Fragments ((Grk icon)) (French) (English) The Internet Encyclopedia of Philosophy – Anaximander Диоген Лаэртский. О жизни, учениях и изречениях знаменитых философов . Кн.2.
Həmçinin bax Milet məktəbi
İstinadlar
Kateqoriya:Fəlsəfə Kateqoriya:Fəlsəfə tarixi Kateqoriya:Antik fəlsəfə Kateqoriya:Yunanıstan filosofları Kateqoriya:Qədim Yunanıstan filosofları Kateqoriya:Sokrataqədərki filosoflar Kateqoriya:Əhəmənilər dövləti şəxsləri Kateqoriya:E.ə. VI əsr filosofları Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri