Ədalət Şükürov (Ədalət Zakir oğlu Şükürov; ) — Azərbaycanlı müğənni. Azərbaycan Respublikasının əməkdar artisti, Dağıstan Respublikasının Xalq Artisti. Azərbaycan Kikboksinq Federasiyasının Sumqayıt şəhər Klubunun sədri, iqtisad elmləri namizədi.
Həyatı Ədalət Şükürov 22 aprel 1966-cı ildə Sumqayıt şəhərində anadan olub. Əslən Qazax rayonunun Kəmərli kəndindəndir. Orta məktəbi bitirdikdən sonra, hərbi xidmətə yollanıb. 3 il "Novaya Zemlya" adasında, sualtı qayıqda hərbi xidmətini çəkib. Hərbi xidməti bitirib, geri döndükdən sonra 1987-ci ildə Sankt-Peterburq Mədəniyyət Universitetinin "kütləvi tədbirlər rejissoru" fakültəsinə daxil olur. Ali təhsil aldıqdan sonra Ədalət Şükürov Sankt-Peterburqun 5-ci kanalında efirə gedən "Adamovo yabloko" verilişində rejissor işləyir. Bir müddət sonra o, Luqa şəhərinin baş rejissoru işləyir və kütləvi tədbirlər keçirir. "Salsa Viva" rəqs məktəbini bitirib. Baltik Turizm və Biznes Akademiyasında aspirantura oxuyub. Elmi işini Sankt-Peterburqda müdafiə edib. 2007-ci ildən İqtisad elmləri namizədidir. Dizaynerliklə də məşğul olan Ədalət Şükürov, arabir rəssamlıq da edir.
Azərbaycan, İngilis, İspan və Rus dillərini bilir.
Şəxsi həyatı Evlidir. İki övladı var.
Karyerası 1992-ci ildən mahnı bəstələməyə və şeirlər yazmağa başlayır. Daha sonra musiqi və mətnləri aranjman edərək, ifa edir. Oxuduğu mahnılar xüsusilə Azərbaycanda çox sevildiyindən O, 2000-ci ildə Azərbaycana gəlir və fəaliyyətini burada davam etdirir. Həmin zamanlar Dağıstanda da çox sevilir və ora dəvət alır. 2000-ci ildən etibarən mütəmadi olaraq Dağıstanın əhəmiyyətli tədbirlərində çıxış edir. Onların arasında "Dərbəndin ad günü", "Gənclər Günü", Respublika və konstitusiya günü və digərləri kimi əhəmiyyətli tədbirlər var. Ədalət Şükürova 16 may 2006-cı ildə Azərbaycan və Rusiya dövlətləri arasında Mədəniyyət münasibətlərinin təbliğatı və inkişafında aktiv iştirak etdiyinə görə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın əməkdar artisti fəxri adı verilib. 22 aprel 2008-ci ildə Dağıstan Respublikasının prezidenti Muxu Əliyev tərəfindən Dağıstanın əməkdar artisti fəxri adı verilib. 22 iyun 2015-ci ildə Dağıstan Respublikasının prezidenti şəxsən Ramazan Abdulatipov tərəfindən böyük təqdimatla Dağıstanın xalq artisti fəxri adı verilib. Bundan başqa, ona "Dağıstanda xidmətlərinə görə" medalı da təqdim olunub.
Konsertlər TarixKonsertin adıKonsert Zalı2009Yada sal məni, sevgilimYaşıl Teatr2013Solo konsertDağıstanın Mahaçqala şəhərindəki Rusiya konsert zalı2016İsti yayMambo Beach Klub2016Bokal vinaUkrayna, Kiyev şəhərindəki "Carribean Club"2017Açıq Hava KonsertiHeydər Əliyev Mərkəzinin parkında2017Nə yaxşı ki, yanımdasan sənMambo Beach Klub2018Любимым женщинамDağıstanın Mahaçqala şəhərindəki "Rus dram teatrı"ının böyük zalı2018Solo konsertDərbənd şəhərindəki Şəhristan restoranı2018Açıq Hava KonsertiHeydər Əliyev Mərkəzinin parkında2018Açıq Hava KonsertiDağıstan Dövlət Filarmoniyasında
Mükafatları Aşağıdakı siyahıda Ədalət Şükürovun mükafatları göstərilmişdir.
Türkiye & Azerbaycan Kardeşlik Ödülleri İl Mükafat İstinadlar2017Azerbaycanın En İyi Pop Sanatçısı
Fəxri adları Mükafat və döş nişanı Tarix Qeyd İstinadlar Azərbaycan Respublikasının Əməkdar Artisti 2006 İlham Əliyev tərəfindən Dağıstan Respublikasının Əməkdar Artisti 2008 Muxu Əliyev tərəfindən Dağıstan Respublikasının Xalq Artisti 2015 Ramazan Abdulatipov tərəfindən
Vəzifəsi Vəzifə Tarix Federasiya İstinadlar Sumqayıt şəhər Klubunun sədri 2017 Azərbaycan Kikboksinq Federasiyası
Albomlar Albomun adı Çıxış tarixi Albom şirkəti Format Əzizim2002Səbuhi AMDCD, kaset, iTunes 22 aprel (instrumental)2002Səbuhi AMDCD, kaset, iTunes Demə-demə2002Səbuhi AMDCD, kaset, iTunes Qapı 2003Səbuhi AMDCD, kaset, iTunes Qoca çinar 2004Səbuhi AMDCD, kaset, iTunes İtirdim 2005Səbuhi AMDCD, kaset, iTunes Kiminsən? 2007Səbuhi AMDCD, kaset, iTunes Yada Sal Məni, Sevgilim 2008STS ProductionCD, kaset, iTunes Badə 2010STS ProductionCD, kaset, iTunes Duşa bolna 2012STS ProductionCD, kaset, iTunes
İstinadlar
Xarici keçidlər
(Arxiv)
Kateqoriya:Azərbaycan müğənniləri Kateqoriya:Azərbaycanlı müğənnilər Kateqoriya:Dağıstanın xalq artistləri