right|thumb|Quran, XII əsr Quran, həmçinin Qurani-Kərim və ya Əl-Quranül-Kərim (, ) — İslam dininin əsas dini kitabıdır. Müsəlmanlar Quranın Allahın vəhy etdiyi sözlər olduğunu hesab edirlər. Quran 114 surədən və 6236 ayədən təşkil edilmişdir. Ən uzun surəsi Bəqərə surəsi (286 ayə), ən qısa surəsi isə Kövsər surəsidir (3 ayə). Quranın ən uzun ayəsi Bəqərə surəsinin 282-ci ayəsidir.

Müsəlmanlar Quranın Allah tərəfindən son İslam peyğəmbəri Məhəmmədə baş mələk Cəbrayıl vasitəsilə şifahi olaraq endirildiyinə inanırlar. Məhəmməd 40 yaşında ikən Qədr gecəsindən başlayaraq 632-ci ildə ölümünədək təxminən 23 il ərzində mərhələli şəkildə nazil olub. Müsəlmanlar Quranı Məhəmmədin ən mühüm möcüzəsi, onun peyğəmbərliyinin sübutu və Tövrat, Zəbur və İncil kitabları da daxil olmaqla ilk İslam peyğəmbəri Adəmə nazil olanlarla başlayan bir sıra ilahi mesajların kulminasiya nöqtəsi hesab edirlər.

Etimologiyası Bəzi Qərb alimləri bu sözün süryani dilindən götürüldüyünü düşünsələr də, müsəlman tədqiqatçıların əksəriyyəti sözün mənşəyinin ərəbcə qara'a sözü olduğunu hesab edir, bu da “oxumaq” mənasını verir. Quranın yenə Quranda gələn bir çox adları vardır. Onun ən çox işlənilən və çox yayılan adı Qurandır, təxminən 70 dəfə işlədilib. Digər adları isə aşağıdakılardır: Əl-Kitab — Quranda 230-dəfə işlənir. Bəzi digər səmavi kitablar üçün də işlənilir. Ümmül-Kitab — Ana kitab mənasına gələn. Bu ad Lövhü-Məhfuz və Fatihə surəsi üçün də işlənmişdir. Əl-Furqan — Haqq ilə batili ayıran deməkdir. Furqan adı altı ayədə işlənir. Əl-Huda — Hidayət edici deməkdir. Əz-Zikr — Zikr həm zikr etmək, həm də şərəf və şərəfli olmaq mənalarına gəlir.

Quranın bunlardan başqa Tənzil, Haqq, Ruh, Burhan, Əziz, Şifa, Hikmət, Müheymin, Hablullah, Fasl, Bəyan və bir çox adları da vardır. thumb|Qurani-Kərim — İranın Məşhəd şəhərində — Əli tərəfindən yazılmışdır thumb|Stanford '07 ikili əlyazmasının sağ səhifəsi. Üst təbəqə Bəkərə surəsinin 265–271-ci ayələridir. İki qat Quranın ilk mətninə edilən əlavələri və bugünkü Quranla fərqləri ortaya qoyur..

Ayə Ayə lüğətdə əlamət, ibrət, dəlil, nişan və yüksək bina kimi mənalara gəlir. Quranın hər cümləsi: bir həqiqət nişanəsi, ibrətverici bir öyüd olduğu üçün ayə adını almışdır.

Ayələrin sayı haqqında fərqli rəqəmlər verilməkdədir. Ayələrin sayı Nafiyə görə 6217, Şeybəyə görə 6214, kufəlilərə görə 6236, misirlilərə görə 6219, Müfəssir Zəməxşəriyə görə isə 6666-dır. thumb|Namaz qılanlar Quranın ilk surəsini olan Fatihəni, ondan sonra isə hər hansı digər surəni oxuyurlar.

Ayələrin tərtibi Quranın bir endirilmə sırası var. Ayələr, surələr tam endirildikdən sonra Məhəmməd Cəbrayıl ilə Allahın nəzarəti altında bunu yığıb (Məkarim Şirazi ağanın fikrinə əsasən). Bəzi alimlərin fikrincə, nömrələmədə dəyişiklik var. Bununla belə, bütün məzhəblər Quranın təhrif olunmamasını yekdilliklə qəbul edir.

İlk və son nazil olan ayələr İlk nazil olan ayələrin Ələq surəsinin 1–5-ci ayələri olduğu hesab edilir. Lakin Muddəssir və Fatihə surələrinin də bu ilk nazil olanlar arasında yer aldığına dair rəvayətlər vardır. Mədinədə ilk nazil olan surə Bəqərə surəsidir.

Ən son nazil olan ayələrin hansı ayə olduğu barəsində bir neçə görüş vardır. Aşağıda zikr edilən ayələrdən hər birinin ən son nazil olan ayə olduğu ehtimal edilir: Bəqərə surəsi 278 və ya 281-ci ayə, Nisa surəsi 176-cı ayə; Tövbə surəsi 128–129-cu ayələr; Nur surəsi 1–3-cü ayələr, Maidə surəsi 3-cü ayə. Bunların arasında ən çox ehtimal ediləni Maidə surəsinin 3-cü ayəsidir: "Mən bu gün sizin üçün dininizi kamilləşdirdim, sizə olan nemətimi tamamladım və İslamı sizin üçün din olaraq bəyəndim".

Surə thumb|right|200px|əl Fatihə — Quranın birinci surəsi Surə kəlməsi dərəcə, yüksək rütbə, şərəf, gözəl bina kimi mənalara gəlir. Bir termin olaraq surə Quranın ən az üç ayədən meydana gələn bölümlərindən hər birinə verilən addır.

Quranda 114 surə vardır. Hicrətdən öncə Məkkədə 86 və Hicrətdən sonra Mədinədə 28 surə nazil olmuşdur. "Ey insanlar" deyə başlayan surələr Məkkədə, "Ey iman gətirənlər" deyə başlayan surələr və ayələr Mədinədə nazil olanlardır.

Quranın 114 surəsindən yalnız Tövbə surəsi "Bismillahir-rəhmanir-rəhim!"-lə başlamır. Buna baxmayaraq, Quranda "Bismillahir-rəhmanir-rəhim" kəlməsi 114 dəfə işlədilib. Belə ki, Nəml surəsinin 30-cu ayəsində Süleyman peyğəmbərin yazdığı məktub "Bismillahir-rəhmanir-rəhim"-lə başlayır. thumb|Xəttatlıq, 18-ci əsr. Bruklin Muzeyi.Şiələrə görə, Quranda daha iki surə var: "Əl-Nurin" (surə 115) və "Əl-Vilayə" (surə 116), lakin bu surələr ənənəvi Quran kanonunun bir hissəsi hesab edilmir.

Quranın yazılması Hər ayə və surə nazil olduğunda Məhəmməd peyğəmbər vəhy katiblərini çağırır və onlara, bu ayələri hansı ayələrin yanına və hansı surəyə yazacaqlarını bildirirdi. thumb|Qurani-Kərim yazıları, Bara Qumbad məscidi, Dehli, Hindistan. Şiə mənbələrində qeyd olunur ki, Məhəmmədin vəfatından sonra İmam Əli 6 ay ərzində Quranın surələrini ayəbəayə şəni-nüzul və səbəbi-nüzulla birlikdə yazıb. Bu kitab tamamlanan vaxt Quran hafizlərinin çox olması səbəb göstərilərək ona ehtiyacın olmaması vurğulanıb. Həmin kitab imamlardan bir-birinə ötürülüb. thumb|Tipik məscid lampası, emaye şüşədən, Ayət ən-Nur və ya "Nur Ayəsi" ilə (24:35). Ayət ən-Nur və ya "Nur Ayəti" ilə emaye şüşədən tipik məscid lampası. Lakin müharibələr zamanı Quran hafizlərinin kütləvi şəkildə şəhid olması Quranın kitab kimi gələcək nəsillərə ötürmək zərurətini gündəmə gətirib. Bu səbəbdən Ömərin təklifi ilə Zeyd ibn Sabitin başçılığı ilə İmam Əli, Osman, Übeyy ibn Kab, İbn Məsud, Əbu Dərda kimi səhabələrdən meydana gələn bir komissiya qurulub. Çalışmalar nəticəsində Quran bir kitab halına gətirilib. İbn Məsudun təklifi ilə Qurana mushaf adı verilib. Bu mushaf Xəlifə Əbu Bəkirin yanında mühafizə olunmağa başlanıb. thumb|Quran ayələri, Şahizində məqbərəsi, Səmərqənd, Özbəkistan.

Quran elmləri Qurani Kərimin ifadə etdiyi üslub, ifadə və təsvir imkanlarını dərk etmək üçün Quran Elmlərində də müəyyən dərəcədə ixtisaslaşmaq lazımdır. Çox vaxt təfsir və tərcümələrdə mətnə bağlılığın, orijinallığın qorunub, saxlanılmamasında əsl səbəb Quran Elmlərində müəyyən dərəcəyə çatmadan Ondan məna, hökm çıxarılmasındadır. Qurani Kərimin bu geniş imkanlarını əldə etmək üçün Onun dillə olan əlaqəsini, ərəb dili üzərində təsiri və eyni zamanda ondan təsirlənməsi yaddan çıxarılmamalıdır. Dinimizin, düşüncələrimizin özündə kəlam var, hətta bir izaha görə varlığın təməlində də kəlam var. Mövcudat sözdən sonra ortaya çıxdı və İzutsunun ifadəsi ilə "İslam Allah danışdığı vaxt ortaya çıxdı." Bir müsəlman tam da olmasa, məhz bu səbəblərlə dillə maraqlanmağa başlayır. thumb|Quran səhifəsi bəzək sənəti, Osmanlı dövrü. Əslində Qurani Kərimlə birbaşa əlaqəli olan bu elmlərin siyahısına alimlərimiz bəzən bütün elmləri əlavə edərək, Qurani Kərimdə bütün elmlər var deyə, ölçüsünü daha da geniş götürmüşlər. Bu mənada tez-tez istifadə olunan "Quran Elmləri" şəklindəki ifadənin ulumul-Quran məfhumunu ifadə etmədiyi üçün səhv tərif ola bilər. Məsələn astronomiya, riyaziyyat, biyologiya kimi elmlər Quran qaynaqlı olduğu halda, ümumi təsnifata görə Quran Elmlərindən deyil. İlkin Quran Elmləri kimi qeyd olunan, Təfsirin yaranmasını Rəsulullah) həyatda olduğu müddətcə səhabələrin ayələrdən bilmədiklərini ona soruşması və davamlı olaraq ayələrdə, fikirləşməyə, dərk etməyə olan dəvətlərlə olduğu ifadə olunur. Termin kimi işlədilməsində Ulumul-Quran ifadəsinin nə vaxt başlaması haqqında fərqli görüşlər olsa da, ilk dəfə sistemli istifadə İbnul Cövziyyə aid "Fununul-əfnan fi uyuni ulumil-Quran" olaraq qəbul olunmuş və Quran Elmlərinin əksəriyyəti xüsusi şəkildə ifadə olunmuşdur. Sonralar mövzu üzərində mütəxəssisləşən Zərkaşi " Əl-Burhan fi ulumil Quran" və Süyuti "Əl-İtqan fi Ulumil Quran" adlı əsərlərini yazmışdır. thumb|Bu Quranın qızılı ilə yazılmış və qəhvəyi mürəkkəblə konturlu yarpaqları üfüqi formatdadır. Bu, erkən Abbasi xəlifələri dövründə geniş yayılmış klassik kufi xəttatlığına heyranedici dərəcədə uyğun gəlir. Quran Elmlərini təsnif edərkən ən mühümləri olan Zərkaşinin "Əl-Burhan" adlı əsəri bu mövzuda yazılan ən seçkin və geniş kitabdır. Kitab əhatəli amma müxtəsər, xülasəli şəkildə yazılmışdır. Müəllif Quranla əlaqədar elmlərlə ilə əlaqədar mövzuları 47 bölməyə ayırmış və hər bölmə haqqında zəruri məsələləri toplamışdır. İ. Süyuti də "Əl-İtqan Fi Ulumil-Quran" adlı əsərini əslində müəllimi kimi qəbul etdiyi Zərqaşinin əsərini bəyənərək bu cür adlandırmışdır. O islami elmlərlə əlaqədar səksənə yaxın mövzunu toplamışdır. Elmləri təsnif edərkən "Təfsir, İlmul Məani, Bəlağat, İlmul Bədi, Bədayiul-Quran, İcazul-Quran, Əmsalul-Quran, Əqsamul-Quran, Cədəlul-Quran, Fədailul-Quran, Xavassul-Quran, Qaraibut-Tefsir" v.s. bu kimi mövzulardan bəhs etmişdir. Bəhs etdiklərimiz Quran Elmləri ilə əlaqədar klassik üslubda işlənən və demək olar islam alimlərinin yönəldikləri, əhatə dairələrində olan bütün elmləri özündə bilrəşdirən əsərlərdir. 20. Əsrdə Qurani Kərim üzərində tədqiqatlara gəlincə, mütəxəssislər çox vaxt oryantalist və bu buna bənzər tənqidlərin hədəfinə çevrilən mövzulara daha çox yer ayıraraq, cüzi yanaşma ilə, tənqidlərə yönələn, Quranın bəzi yönlərini modern baxış tərzi ilə baxışdan keçirməyi əsas götürən, müasir bir dil istifadə edən ölçüdə daha çox əhatəli Təfsir tədqiqatları, mövzulara görə Təfsir tədqiqatları, Quranın məsəl və qıssalarını sosyoloji, pedaqoji, psixoloji…v.s. sosial elmlər çərçivəsindən tədqiq edən tərzdə, Təfsir tarixi və teoloji tədqiqat, Quranın aksion yönünə əsaslanan, filoloji, semantika ilə əlaqədar mövzular üzərində çalışmışlar.

Klassik Quran Elmlərindən müasir elmlərə qədər bəhs olunarkən bunlar məlum olduğu kimi sələf alimlərimizin elmə sərhəd qoymadan (yəni dini və dünyəvi elmlər təsnifatını aparmadan) toxunduqları mövzular dil elmləri, Quran ayələrinin dərk olunması yönündə tədqiqatlardan dövrümüzün sosioloji, pedaqoji, psixoloji, semantika, fəlsəfə və buna bənzər bir çox sahələrdə yazılan əsərlər qeyd oluna bilər. Əslində bütün elmlərin və sahələrin də ilahi qaynaqlı olmasına işarə edən ayəti kərimələr, peyğəmbərlərin miras olaraq qoyduqları təcrübə və ixtisaslar Qurani Kərimin birbaşa ya da, dolayı olaraq digər elmlərə də əks olunmasını ifadə edir. Çünki hər şeyi Quranda axtarmaqla deyil, hər bir elmə istiqamət, tərif və yaxud bir işarə tapmaqla dediyimizin şahidi ola bilərik. thumb|Bruklin Muzeyində Quran əlyazması

Nazil olma səbəbi (Əsbabul-Nüzul) Bir neçə ayənin və ya bir surənin enməsinə səbəb olan bir sual və ya hadisəyə əsbabı nüzul deyilir. thumb|Rza Abbasi Muzeyində 12-ci əsrə aid Quran əlyazması. Ayənin mənasının hökmünün doğru olaraq başa düşülməsində nüzül səbəbinin əhəmiyyəti böyükdür. Belə ki, Səhabələr ayələrin nüzül səbəblərini bildiklərinə görə mənalarını daha yaxşı başa düşürdülər. Baxmayaraq ki, hər ayənin nazil olma səbəbinin olduğunu iddia etmək olmaz, ayənin nüzül səbəbini bilmədikcə, onun tam olaraq başa düşülməsi mümkün deyil. Məsələn, Bəqərə surəsinin 158-ci ayəsi: "(Ey möminlər!) Həqiqətən, Səfa (dağı) və Mərvə (dağı) Allahın əlamətlərindəndir (ibadət nişanələrindəndir). Evi (Kəbəni) həcc və ya ümrə yolu ilə (qaydası ilə) ziyarət edən şəxsin bunları təvaf etməsində (ətrafına dolanmasında) heç bir günah yoxdur. Hər kəs (vacibdən əlavə) könüllü olaraq yaxşı bir iş görərsə, Allah (onun etdiyi yaxşı işdən) razı qalandır (əvəzini verəndir), (onu) biləndir".

Əgər bu ayənin nüzül səbəbini bilməsək, belə aydin olar ki, Həcc ziyarəti zamanı Səfa və Mərvənin arasında səy etmək vacib deyil. Amma həqiqətdə bu əməl həcc ziyarətinin rüknüdür və yerinə yetirilməsə, bu ziyarət batil olar.

Ayənin nazil olma səbəbi isə belədir: