Dafne Anna Karuana Qalizia (; ) — Malta jurnalisti, yazıçısı və anti-korrupsiya fəalı idi. 2017-ci ildə Qalizianın idarə etdiyi avtomobil Mosta yaxınlığındakı Bidnijada yerləşən evini tərk etdikdən bir müddət sonra partlayıb. Malta rəsmilərinin ehtimallarına əsasən araşdırmaçı jurnalist Qalizianın ölümünə səbəb olan partlayıcı qurğu məsafədən idarə olunub. Qalizia Malta rəsmiləri ilə Azərbaycan hökumətinin nümayəndələri arasında korrupsiya əlaqələri haqqında araşdırma materialları ilə məşhurlaşmışdı. O, Maltanın Baş naziri Cozef Muskatı və onun həyat yoldaşını Azərbaycanın hakim ailəsindən olan ödənişləri gizlətmək üçün gizli offşor bank hesablarından istifadə etməsində günahlandırırdı.

İstinadlar

Kateqoriya:Qadın jurnalistlər Kateqoriya:Malta şəxsləri Kateqoriya:Aktivistlər Kateqoriya:XX əsr jurnalistləri Kateqoriya:XXI əsr jurnalistləri Kateqoriya:Jurnal redaktorları Kateqoriya:Sui-qəsd qurbanları