Əliəşrəf İsmayıl oğlu Kərimov

Əliəşrəf İsmayıl oğlu Kərimov/İsmayılov (1888-1963) Şəkinin Çayqırağı hissəsinin Gümburlar məhəlləsində doğulub. Kommunist Ə.Kərimov/İsmayılov heç orta məktəbi bitirməsə də Azərbaycanda sovet hakimiyyəti qurulunca fəallıq göstərib, çox mühüm vəzifələrdə işləyib: Şəki İnqilab Komitəsinin üzvü, Şəki Qəza İnqilab Komitəsi sədrinin müavini (1921-22-ci illər), Şəkidə Siyasi Büro müavini (1922-23), Şəki Qəza İcraiyyə Komitəsi sədrinin müavini və orada şöbə müdiri (1923-24), Şəkidə ipək üzrə zavod idarəsinin direktoru (1924-25), Şəki Qəza İcraiyyə Komitəsinin sədri (1925-28), Zaqatala Qəza İcraiyyə Komitəsinin sədri (1928-29), Lənkəran Mahal İcraiyyə Komitəsinin sədri (1929-30), Şəki Mahal İcraiyyə Komitəsinin sədri (1930-31), Şəki Şəhər Sovetinin sədri (1931-32), Azərbaycan İpəkçilik Trestinin direktoru (1932- 33), Şəki rayon zavod idarəsinin direktoru (1933), Şəki МТS-inin52 direktoru (1933) və b

İstinadlar

Kateqoriya:Şəki Şəhər Xalq Deputatları Sovetinin deputatları Kateqoriya:Şəki Qəza Soveti İcraiyyə Komitəsinin sədrləri Kateqoriya:Zaqatala Qəza Soveti İcraiyyə Komitəsinin sədrləri