– Yaponiyanın Tokio şəhərinin Şincuku və Şibuya rayonlarında yerləşən böyük park və bağ. Edo dövründə Nayto ailəsinə məxsus idi. Daha sonra Yaponiya İmperatorluq Sarayı Agentliyinin rəhbərliyi altında parka çevrilmişdir. İndi isə Yaponiya Ətraf Mühit Nazirliyinin nəzarəti altında milli parkdır.

Tarixi thumb|left|Bağın xəritəsi. thumb|Körpü thumb|Düşmək thumb|Hanami Şoqun bu əraziləri Edo dövründə 1772-ci ildə buradakı bağı tamamlayan Tsuruqalı Lord Naytoya miras qoymuşdu.Mansfield. Page 15. Meyci islahatından sonra ev və torpaq təcrübi kənd təsərrüfatı mərkəzinə çevrilmişdir. 1879-cu ildə imperiya bağına çevrilənə qədər botanika bağı olmuşdur. Bağ indiki halını 1906-cı ildə almışdır. Bağ İkinci dünya müharibəsi zamanı hava hücumları üzündən məhv olmuşdur. Müharibədən sonra bərpa olunmuşdur.

Tokio İmperiya Sarayının bağı və Kioto imperiya bağı üzərində səlahiyyət 1947-ci ildə Sağlamlıq və Rifah Nazirliyinə (indiki Sağlamlıq, Əmək və Rifah Nazirliyi) verilmişdir.

21 may 1949-cu ildə park ictimaiyyətə açılmışdır. 2001-ci ilin yanvarında isə Ətraf Mühit Nazirliyinin nəzarəti altına keçmişdir.

1989-cu ildə bağ İmperator Şovanın dəfn olunması üçün nəzərdə tutulmuş yerlərdən biri kimi seçilmiş, lakin imperator Musaşi İmperiya Məzarlığında dəfn olunmuşdur.

Xüsusiyyətlər Bağın sahəsi 58,3 ha təşkil edir, çevrəsinin uzunluğu 3,5 kilometrdir və 3 müxtəlif fərqli üslubdan ibarətdir: şimalda Fransız bağçası və ingilis parkı, cənubda ənənəvi yapon bağı. Burada ənənəvi Yaponiya çay evlərini görə bilərsiniz.

Bağ məşhur hanami yerlərindən biridir. Sakura mövsümündə bir çox insan bu bağa axışır.

Flora thumb|Bağdakı sakura ağacları. Bağda 20.000-dən çox ağac var. Bu ağaclardan təxminən 1.500-ü sakura ağacıdır. Onlar mart-aprel aylarında çiçəkləyirlər. Bağdakı digər ağac növləri: bağdakı ən hündür ağac növü Himalay sidri, lalə ağacı, sərv və çinar.

1892-ci ildən bəri bağdakı parniklərdə bağçılıq işləri aparılır. Hazırkı parnik 1950-ci illərdə tikilmişdir, 1700 növ tropik və subtropik bitki növünü özündə saxlayır.

Giriş Bağa üç yerdən girmək mümkündür: Şincuku darvazası, Okido darvazası və Sendaqaya darvazası. Şincuku Qyoen saat 9:30-dan 16:30-a qədər açıq olur. Bazar ertəsi günləri bağ bağlı olur, lakin sakura və payızgülü mövsümlərində istisna olur: martın sonu - aprelin sonu və noyabr ayı. Bu dövrlərdə bağ həftənin yeddi günü də açıq olur. Parnik isə saat 9:30-dan 16:00-a qədər açıq olur.

Məkan Bağa Tokio metropoliteninin Marunoçi xəttindəki Şincuku-qyoemmae stansiyası və ya Çuuo-Sobu xəttindəki Sendaqaya stansiyası vasitəsilə çatmaq olar. Bundan əlavə, Şincuku-sançome stansiyası yaxınlığındakı Tokio metropoliteninin Fukutoşin xətti vasitəsilə də bağa getmək mümkündür.

Şincuku Qyoen Nişi-Şincukuda yerləşən Tokio Metropolitan Hökumət Binasının arxasındakı Şincuku Mərkəzi Parkı ilə qarışdırılmamalıdır.

Populyar mədəniyyətdə 2013-cü il istehsalı "Söz bağçası" anime filmində hadisələrin müəyyən hissəsi bu bağda baş verir.

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər

Kateqoriya:Tokio parkları və bağları Kateqoriya:Yaponiyada hanami yerləri Kateqoriya:Şincuku