Coko Vidodo ( 21 iyun 1961-ci il) — İndoneziyanın 7-ci və hazırkı prezidentidir. Cokovi adı ilə də tanınır. O, bu vəzifədə xidmətinə 2014-cü ildən etibarən başlamışdır. O, bundan əvvəl 2005-ci ildən 2012-ci ilə qədər Surakarta şəhərinin meri, 2012-ci ildən 2014-cü ilə qədər isə Cakarta şəhərinin qubernatoru vəzifəsində xidmət etmişdir. Yüksək səviyyədə siyasi və ya hərbi xidmət keçmişi olmayan ilk İndoneziya prezidentidir.
Fəaliyyəti Cokovi 2012-ci ildə Cakarta qubernator seçkilərində öz partiyası olan İndoneziya Demokratik Mübarizə Partiyası tərəfindən namizəd olaraq təqdim olunmuşdur. 20 sentyabr 2012-ci il tarixində seçkilərin ikinci hissəsində əsas rəqibi olan Fauzi Bovonu məğlub edərək qubernator təyin olunmuşdur. Qubernatorluğu dövründə öz xarakteri ilə seçilmiş, yüksək səviyyəli ictimai səfərləri ilə bütün ölkədə nüfuzunu artırmışdır.
14 mart 2014-cü il tarixində prezident seçkilərində namizədliyini irəli sürdüyünü elan etmişdir.Governor of Jakarta Receives His Party’s Nod for President . The New York Times, 14 mart 2014. Prezident seçkiləri 9 iyul 2014-cü ildə başlamışdır. Ümumi Seçki Komissiyası tərəfindən açıqlanan seçki nəticələrinə əsasən, səslərin 53.1%-ni toplayan Coko Vidodo rəsmi şəkildə ölkənin 7-ci prezidenti elan olunmuşdur.
Prezident kimi əsas fəaliyyət istiqaməti ölkənin infrastrukturunun inkişafına yönəlmişdir. Yanacaq subsidiyalarının azaldılması və vergi amnistisiyası barədə qərar qəbul etmişdir. Xarici dövlətlərlə əlaqələrdə onun başçılıq etdiyi hökumətin əsas məqsədi İndoneziyanın suverenliyini müdafiə etmək olmuşdur. O, prezidentliyi dövründə qeyri-qanuni balıq ovu ilə məşğul olan gəmilərin batırılması və xarici tənqidlərə baxmayaraq, narkotik qaçaqmalçıları üçün ölüm cəzası təyin etmişdir.
Şəxsi həyatı The Economist jurnalının verdiyi məlumata görə, Cokovi "yüksək səsli rok musiqilərini" dinləməyi sevir və onun amerikan Metallica qrupunun üzvü Robert Truxilo tərəfindən imzalanmış gitarası var.Banyan: Mr Joko goes to Jakarta' . The Economist. 8 iyun 2013.
O, 2 noyabr 2013-cü ildə hələ Cakarta şəhərinin qubernatoru olarkən rok musiqisi festivalında görünmüşdür. Bu, ilk belə hadisə deyildi. Belə ki, Cokovi ilk dəfə 2011-ci ildə təşkil olunmuş musiqi festivalında da görüntülənmişdi.Jokowi Nonton Konser Rock hingga ke Solo . regional.kompas.com. 3 noyabr 2013
O, bir çox xüsusiyyətlərinə görə tez-tez keçmiş ABŞ prezidenti Barak Obama ilə müqayisə olunur.
Cokovi aktiv sosial media istifadəçisi olaraq tanınır və tez-tez özünün YouTube hesabına videolar yükləyir. Onun Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əs-Səudla naharı zamanı paylaşdığı video iki milyondan çox şəxs tərəfindən izlənmişdir.
Həmçinin bax İndoneziya Cakarta
İstinadlar
Xarici keçidlər
The Jakarta Post: Solo’s Mayor keeps his promises Informasi Terbaru Jokowi Interview: Yogyakarta and Surakarta mayors prove good governance sells Berita tentang calon presiden Jokowi di pemilu 2014
Kateqoriya:İndoneziya prezidentləri Kateqoriya:İndoneziya Demokratik Mübarizə Partiyası siyasətçiləri Kateqoriya:Yavalılar Kateqoriya:Coko Vidodo ailəsi Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:Vəzifədə olan dövlət rəhbərləri Kateqoriya:İndoneziya müsəlmanları