Kiro QliqorovAZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN MAKEDONİYA PREZİDENTİ KİRO QLİQOROV İLƏ GÖRÜŞÜ. azertag.gov.az, 12.05.1995 (; ) — Makedon siyasətçi; Makedoniyada demokratik seçkilərlə hakimiyyətə gəlmiş ilk prezident.
Həyatı 3 may 1917-ci ildə İştipdə anadan olmuşdur.
Təhsili Belqrad Universitetinin Hüquq fakültəsini bitirmişdir.
Fəaliyyəti Keçmiş Yuqoslaviya Kommunist Partiyasının üzvü olaraq federal səviyyədə müxtəlif vəzifələrdə çalışmış Qliqorov, 1974–1978-ci illərdə parlament spikeri vəzifəsini icra etmişdir.
1990-cı ilin dekabrında Makedoniya Parlamenti tərəfindən prezident seçilmiş, demokratik seçkilərlə 27 yanvar 1991-ci ildə Makedoniya Respublikasının ilk prezidenti olmuşdur.
1994-cü ildə ikinci dəfə prezident seçilmişdir.
Sui-qəsd thumb|3 oktyabr 1995-ci ildəki sui-qəsd 1990-cı illərdə Balkanları əhatə edən döyüşlərdən ölkəsini uzaq tutmaq istəyən Qliqorov 1995-ci ilin oktyabrın 3-də öz evindən igamətgahına kedərkən, avtomobilinə bombalı hücum edilmişdir. Nəticədə sürücüsü həyatını itirmiş, özünün isə sağ gözündə davamlı görmə maneəsi meydana gəlmişdirKiro Gligorov Üsküp'te toprağa verildi . haber7.com, 03.01.2012.
Maraqlı fakt 2000-ci ildə dünyanın ən yaşlı prezidenti kimi Ginnesin Rekordlar Kitabına düşmüşdür.
Vəfatı 1 yanvar 2012-ci ildə Skopyedə vəfat etmişdir. Skopyedəki aile məzarlığında dəfn edilmişdir.
Ailəsinin istəyi ilə dövlət səviyyəsində rəsmi dəfn mərasimi keçirilməmişdir. Lakin ölkədə 1 günlük yas elan edilmişdir.
Mükafatları 50px Yuqoslaviya Ulduzu ordeni 50px Qızıl çələng ilə Qardaşlıq və Birlik ordeni 50px Qırmızı bayraqlı Əmək ordeni 50px "1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 65 illiyi" yubiley medalı
İstinadlar
Xarici keçidlər Biography of Kiro Gligorov on the official website of the President of the Republic of Macedonia Biography of Kiro Gligorov
Kateqoriya:Belqrad Universitetinin məzunları Kateqoriya:Yuqoslaviya kommunistləri Kateqoriya:Şimali Makedoniya uzunömürlüləri Kateqoriya:Yuqoslaviya partizanları Kateqoriya:Yuqoslaviya iqtisadçıları