Pittisit — rentgenoamorfdur. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən.
Xassələri Rəng – qırmızımtıl-qonur, qəhvəyi, sarımtıl; Mineralın cizgisinin rəngi – oxra çalarlı sarı; Parıltı – qatranı, şüşə; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 2,2-2,5; Sərtlik – 2-3; Kövrəkdir; Sınıqlar – qabıqvari, tikanlı; Morfologiya – Mineral aqreqatları: kollomorf əmələgəlmələr, qabıqlar, stalaktitlər.
Mənşəyi və yayılması Filiz yataqlarının oksidləşmə zona-larında arsenopirit və löllingitin hesabına yaranan tipik ekzogen əmələgəlmədir. Birlikdə rast gəldiyi minerallar: hötit, hidrohötit, hidrohematit və b. Mineralın tapıldığı yerlər: Rammelsberq (Almaniya); Falun (İsveç). Azərbaycanda Filizçay, Daşkəsən, Şimali-Daşkəsən, Ağdərə yataqlarında qeyd edilmişdir.
İstinadlar
Mənbə Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.
Xarici keçidlər
General Pitticite Information
Kateqoriya:Arsenatlar (minerallar) Kateqoriya:Dəmirin mineralları