Pikkeringit — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: nadir.
Növ müxtəliflikləri Buşmenit (Mn – pikkeringit).
Xassələri Rəng – ağ, rəngsiz, sarımtıl, qırmızımtıl; Parıltı – şüşə, ipəyi; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 1,7-1,8; Sərtlik – 1,0-1,5; Ayrılma – {010} üzrə qeyri-mükəmməl; Sınıqlar – tikanlı; Başqa xassələr – büzüşdürücü dadı var; suda həll olur; Morfologiya – kristallar: iynəvari, sacabənzər; Mineral aqreqatları: lifli və qarışıq-lifli bütöv kütlələr, qabıqlar, radial-şualı, sferoidal, bəzən druza şəkilli əmələgəlmələr.
Mənşəyi və yayılması Sulfid yataqlarının oksidləşmə zonasında əmələ gəlir və adətən kəskin dəyişilmiş, alüminium oksidi ilə zəngin olan piritsaxlayan süxurlarda qeyd edilir. Mineralın əmələ gəlməsini palçıq vulkanları ilə də əlaqələndirirlər. Arid vilayətlər üçün səciyyəvidir. Birlikdə rast gəldiyi minerallar: melanterit, zəy, gips, yarozit, sərbəst kükürd, alunogen və b. Mineralın tapıldığı yerlər: İkike (Çili); Zallfeld və Lesten (Almaniya); Boya-Dağ (Türkmənistan). Azərbaycanda Bülüldüz sulfid təzahüründə (Laçın rayonu) qeyd edilmişdir.
İstinadlar
Mənbə Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.
Xarici keçidlər
General Pickeringite Information
Kateqoriya:Sulfatlar (minerallar) Kateqoriya:Alüminiumun mineralları Kateqoriya:Maqneziumun mineralları Kateqoriya:Şəxslərin şərəfinə adlandırılmış minerallar Kateqoriya:Monoklinik sinqoniya mineralları