Alunogen — triklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən.
Növ müxtəliflikləri Ferrialunogen – tektitsit.
Xassələri Rəng – ağ, qatışıqlardan asılı olaraq – sarımtıl, qırmızımtıl; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, ipəyi, sədəfi; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 1,77-1,78; Sərtlik – 1-2; Ayrılma – {010} üzrə mükəmməl; Sınıqlar – qeyri-hamar; Başqa xassələr – kəskin turş dadlıdır; suda həll olur; Morfologiya – kristallar: nadir hallarda rast gəlir; kiçik ölçülü prizmatik, lövhəvari; Mineral aqreqatları: incəlifli, böyrək-, salxım- və pulcuqvarı, sıx dənəvər, tozaox-şar kütlələr, qabıqlar, nazik qaysaqlar.
Mənşəyi və yayılması Sulfat turşusu məhlullarının alüminium saxlayan minerallara təsiri nəticəsində kömürlü çöküntülərdə, gil şistlərində, argillitlərdə əmələ gəlir. Çox vaxt sulfid yataqlarının oksidləşmə zonasında rast gəlir. Vulkan fəaliyyətinin təzahür etdiyi rayonlarda fumarol və solfatar çöküntülərində qeyd edilir. Birlikdə rast gəldiyi minerallar: pirit, markazit, melanterit, epsomit, halotrixit, qoslarit və b. Mineralın tapıldığı yerlər: Vezuvi vulkanı, Possuoli solfatarları (İtaliya); Kollosoruk (Çexiya); Ekvador; Cənubi Avstraliya şt. (Avstraliya). Azərbaycanda Katsdağ yatağında (Balakən rayonu), Bülüldüz filiz təzahüründə (Laçın rayonu) və b. aşkar edilmişdir.
İstinadlar
Mənbə Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.
Xarici keçidlər
General Alunogen Information
Kateqoriya:Sulfatlar (minerallar) Kateqoriya:Alüminiumun mineralları Kateqoriya:Triklinik sinqoniya mineralları