— Kadokawa Shoten nəşriyyatı tərəfindən nəşr olunan aylıq videooyun və manqa jurnalı. Kadokawa Shoten nəşriyyatının "Comptiq" jurnalının xüsusi nəşri kimi nəşr olunmağa başlamışdır. İlk buraxılışı 26 mart 2005-ci ildə buraxılmışdır. İlk üç cildi 3 aydan bir nəşr olunmuşdur və üzlük illüstratoru Key-in əməkdaşı İtaru Hinoe olmuşdur. 4-9-cu cildlər iki aydan bir buraxılmışdır və üzlük illüstratoru Navel-in əməkdaşı Aoy Nişimata olmuşdur. 10-cu cilddən etibarən jurnal hər ay buraxılmışdır, üzlük illüstratorları isə Naru Nanao, Hiro Suzuhira, Type-Moon və August şirkətlərinin əməkdaşları olmuşdurlar. 26 iyun 2007-ci ildə buraxılmış 2007-ci il avqust sayından etibarən "Comptiq" jurnalından ayrılaraq müstəqil jurnala çevrilmişdir.

Manqalar

İstinadlar

Xarici keçidlər

Kateqoriya:2005-ci ildə Yaponiyada yarananlar Kateqoriya:Kadokawa Shoten jurnalları Kateqoriya:Yaponiya aylıq manqa jurnalları Kateqoriya:Yaponiya videooyun jurnalları Kateqoriya:Seynen manqası jurnalları Kateqoriya:Şonen manqası jurnalları