— Saki Ukayın rəssamlığı ilə Şiden Kanzaki tərəfindən yazılan və ASCII Media Works nəşriyyatının Dengeki Bunko imprinti altında nəşr olunmuş ranobe seriyası. 10 iyul 2011-ci ildən nəşr olunur və 2014-cü ilin aprelinə qədər 7 cildi buraxılmışdır. Manqa adaptasiyası 27 avqust 2012-ci ildə ASCII Media Works nəşriyyatının "Dengeki Maoh" jurnalında nəşr olunmağa başlamışdır. 6 oktyabr 2013-cü ildə Dengeki Bunko imprintinin "Autumn Festival 2013" tədbirində Kinema Citrus və Orange studiyaları anime serialı adaptasiyası çəkəcəklərini anons etmişdir. Anime 8 aprel 2014-cü ildən 1 iyul 2014-cü ilə kimi yayımlanmışdır. Yaponiyadan xaricdə isə Crunchyroll vasitəsilə nümayiş etdirilmişdir. "Black Bullet" üç ölkədə lisenziyalaşdırılmışdır: anime Şimali Amerikada Sentai Filmworks tərəfindən, Böyük Britaniyada Animatsu Entertainment tərəfindən, Avstraliyada Hanabee tərəfindən lisenziyalaşdırılmışdır. Manqa və ranobe Şimali Amerikada Yen Press tərəfindən nəşr olunur.
Məzmun 2021-ci ildə qastreya adlı parazit virusu bütün dünyada yayılır və bütün bəşəriyyətə böyük fəlakət üz verir. İnsanlar artıq qastreyalardan qorunmaq üçün varaniumdan hazırlanmış monolit divarlar arxasında yaşamağa məcburdurlar. Varanium qara rəngli metal olub qastreyalarda sağalmaz yaralar buraxan yeganə elementdir. Daha sonra qastreyaya yoluxmuş şəxslərin uşaqlarının supergüclərə malik olduğu kəşf edilir və bu cür uşaqlara "Lənətli uşaqlar" adı verilir. Lənətli uşaqlar sadəcə qızlar olur. Qastreyalara qarşı döyüşmək üçün Mülki təhlükəsizlik agentlikləri formalaşdırılır. Hər bir komanda bir inisiatordan – lənətli uşaqdan və bir promoterdən – lənətli uşağa nəzarət edən şəxsdən ibarətdir. Epidemiyadan 10 il sonra lisey tələbəsi, Kisara Tendonun cavabdeh olduğu Tendo Mülki Təhlükəsizlik Agentliyində fəaliyyət göstərən, Encu Ayhara adlı inisiatorun promoteri olan Rentaro Satomi Tokio bölgəsini, eləcə də, bütün dünyanı qorumaq üçün müxtəlif əməliyyatları yerinə yetirməklə vəzifələndirilir.
Personajlar Tendo Mülki Təhlükəsizliyi
Rentaro seriyanın əsas personajıdır. Maqata liseyində təhsil alır, Tendo Mülki Təhlükəsizliyində Encunun promoteridir. Hekayənin əvvəlində reytinqdə 120.000-cü yerlərdə olsa da, daha sonra 300-cü yerlərə qədər qalxır. Rentaronun valideynləri on il əvvəl qastreyalara qarşı müharibədə ölmüşdürlər və Tendo ailəsi tərəfindən övladlığa alınmışdır. Lakin Kisara ilə birlikdə ailəni tərk etmişdir. Rentaro Kisaranı qastreyalardan qoruyarkən sağ qıçını, sağ qolunu və sol gözünü itirmişdir və "Yeni İnsan Yaradılış Planı" çərçivəsində Sumire ona varaniumdan hazırlanmış protezlər taxmışdır. Mehriban və qəlbitəmiz təbiətinə görə Rentaro lənətli uşaqlar arasında çox sevilir. O, lənətli uşaqlara kömək etməyə çalışır. İstifadə etdiyi əsas silah XD tapançalarıdır və Tendo stilində döyüşməyi bacarır.
Encu lənətlu uşaqdır və Tendo Mülki Təhlükəsizliyində Rentaronun dovşan tipli inisiatorudur. Rentaro ilə birlikdə yaşayır və ibtidai məktəbə gedir. Lakin Kaqetane Hirukoya görə məktəbdə lənətli uşaq olduğu üzə çıxdıqdan sonra başqa məktəbə keçməyə məcbur olur. Rentaro Encu ilə ilk dəfə Beynəlxalq İnisiator Nəzarət Təşkilatı (BİNT) sayəsində tanış olmuşdur. Bu zaman Encu insanlara güvənmədiyindən Rentaroya qarşı soyuq münasibət bəsləyirdi. Lakin daha sonra bu mövqeyini dəyişdirmişdir. O, "Tenchuu Girls" animesinin fanatıdır.
Kisara Tendo Mülki Təhlükəsizliyinin prezidentidir. Əslində Tendo klanından olsa da, bəzi konfliktlərə görə uşaqlıq dostu Rentaro ilə birlikdə klandan ayrılmışdır. Valideynlərinin qastreya tərəfindən diri-diri yeyildiyinə şahidlik edərkən aldığı travmaya görə böyrəkləri funksiyasını güclə yerinə yetirir. Ailəsinin ölümünün Tendo ailəsi ilə bağlı olduğunu düşünən Kisara qisas almağa və qatilləri tapmağa çalışır. Tendo stilində əla döyüşməyi bacarır, lakin sağlamlığı ilə əlaqədar olaraq uzun müddət döyüşə bilmir. Kisaranın Rentaroya qarşı sevgi hisləri var və bu hisləri qarşılıqsız deyil. Lakin nə vaxt hisləri haqqında danışmaq istəsə, söhbəti yarımçıq qalır, xüsusilə Encu tərəfindən. Lakin Kisaranın ailəsinin qisasını almağı həddən çox istəməsi Rentaronun narahatçılığına səbəb olur və Rentaro qorxur ki, bir gün onlar düşmən ola bilərlər.
Tina Ayn Randın mexaniki əsgərlərinin bir məhsuludur və bayquş tipli inisiatordur. Əla snayperçidir və reytinqdə 98-ci yerdədir. Rand ona Seytenşini öldürməyi əmr edir, lakin Encu ona mane olur, sonda isə Rentaro tərəfindən məğlub edilir. Tina ondan onu öldürməsini istəyir, lakin Rentaro bunu rədd edir. Seytenşi onun canını bağışlayır və Tina Tendo Mülki Təhlükəsizliyində işləməyə başlayır. Daha sonra Kisaranın inisiatoru olur. Tina da Encu kimi Rentaronu çox sevir və ona həmişə "oni" () kimi xitab edir.
Tokio bölgəsi
Seitenşi müharibədən sonra Yaponiyanın ən böyük beş bölgəsindən biri olan Tokio bölgəsinin lideridir. Əsl adı bilinmir. İdealistikdir və hər kəsin harmoniya içində yaşamasını arzu edir. Hazırda lənətli uşaqlar üçün insan hüquqlarının qəbul edilməsi üçün çalışır və buna görə də Mərhum nəsil ondan narazıdır.
Kikunoco Seytenşinin məsləhətçisidir və əlində güclü siyasi güc cəmləyib. Kisaranın babasıdır və Rentaronun tərbiyəçisidir. Həyat yoldaşı 10 il əvvəl qastreyalar tərəfindən öldürüldüyündən Seytenşinin lənətli uşaqlar üçün hüquq qəbul etdirməsi təklifindən məmnun deyil.
Miori Maqata liseyinin məktəb şurasının prezidentidir və Rentaronun sponsorudur. O və Kisara bir-birilərinə nifrət edirlər, çünki hər ikisi Rentaronu sevirlər.
Kaqetane mülki təhlükəsizlikdə promoter idi, lakin daha sonra qətlərinə görə lisenziyasını itirmişdir. Kaqetane "Yeni İnsan Yaradılış Planı"nın məhsuludur və Tokio bölgəsini məhv etmək istəyir. O və inisiatoru Rentaro və Encu tərəfindən məğlub edilir, lakin daha sonra Rentaroya Üçüncü Kanto müharibəsində kömək edir.
Kohina Kaqetanenin qızı və dəvədəlləyi tipli inisiatorudur. Psixopat şəxsiyyətə malikdir.
Şoqen döyüşməyi çox sevən və Kaqetane Hirukoya qarşı döyüşərkən ölən promoterdir. O, inisiatorları silah adlandırır.
Kayo Şoqenin delfin tipli inisiatorudur. IQ-sü 210-dur, lakin ön cəbhələrdə döyüşmür. Hiruko cütlüyünü məğlub etmək əməliyyatında Şoqendən ayrı düşür və Rentaro ilə qarşılaşır. Qastreyalarla döyüşən zaman bədəninə böyük miqdarda qastreya virusu daxil olur. Kayo hələ insan formasında ikən ölmək istəyir və Rentaro onun xahişini yerinə yetirib onu öldürür.
Seytenşinin şəxsi cangüdənidir. Tinanın sui-qəsd cəhdləri zamanı Rentaronun Seytenşinin cangüdənlərindən biri olması onu acığına səbəb olur.
Kazumitsu Kisara 4 qardaşından biridir. Kisaranın valideynlərinin öldürülməsində iştirak etmişdir. Kazumitsu varanium monolitlərinin tikintisində varaniumların konsentrasiyasını azaldaraq xərclərə qənaət edib və əldə etdiyi pulla siyasi mövqə qazanıb. Lakin tikdirdiyi monolitlərdən biri qastreyalardan tərəfindən məhv edildikdən sonra Kisara onun günahkar olduğunu üzə çıxarır və onu öldürür.
Dörd dahi
Sumire Dörd dahidən biridir və "Yeni İnsan Yaradılışı Planı"nın üzvlərindən biridir. Maqata liseyinin yaxınlığındakı tibbi məktəbdə tədqiqatçıdır Rentaronun məsləhətçisidir. Rentaro ona "sensey" olaraq xitab edir. On il əvvəl Sumire Rentaronun həyatını xilas etmiş və ona varanium protezləri vermişdir.
Ayn Dörd dahidən biridir. Mexaniki Əsgər Planının Amerika Diviziyası – "NEXT"-ə başçılıq edir. Ayn Dörd dahi arasındakı razılığı pozaraq sağlam lənətlu uşaqları "HYBRID" adlı mexaniki inisiatorlara çevirir. Ayn Tina Sprautun inisiatorudur, lakin heç vaxt döyüşmür, sadəcə əmrlər verir.
Artur Dörd dahidən biridir. Mexaniki Əsgər Planının Avstraliya Diviziyası – "Obelisk"-ə başçılıq edir.
Albrext is Dörd dahinin lideri və onları toplayan şəxsdir. Mexaniki Əsgər Planının Almaniya Diviziyasına başçılıq edir.
Üçüncü Kanto müharibəsi orduları
Tamaki mülki təhlükəsizlik prezidentidir. Rentaronun Üçüncü Kanto müharibəsində onun dəstək qrupunda döyüşmək təklifini qəbul edir.
Yuzuki Tamakinin bacısıdır və onun hörümçək tipli inisiatorudur.
Şoma Rentaronun dostlarından biridir və Tendo stilində döyüşməyi bacarır. Müharibə zamanı Rentaronun dəstək qrupuna qoşulur. Qastreya ordusunun lideri Aldebaranı məhv etmək üçün özünü fəda edir.
Midori Şomanın pişik tipli inisiatorudur. Midori çox utancaq qızdır. Hekayədəki digər lənətli uşaqlardan fərqli olaraq onun pişik qulaqları var və bunu gizlətmək üçün cadugər papağı taxır. Üçüncü Kanto müharibəsində ölümcül dərəcədə qastreya virusuna yoluxur və komandaya yük olmamaq üçün intihar edir.
Naqamasa Üçüncü Kanto müharibəsi ordularının lideridir. Rentaronun komandası əmrlərə tabe olmadığından Rentaronu ölüm missiyasına – civə püskürən Pleyadi adlı təhlükəli qastreyanı öldürməyə göndərir. Daha sonra döyüşlərin birində ölür. Onun yerini Rentaro doldurur.
Asaka Naqamasanın inisiatorudur. Lakin Naqamasanın ölümündən sonra Midorini itirmiş Şomanın inisiatoru olur.
Hidehiko Naqamasanın oğlu və Rentaronun diviziyasının lideridir. Döyüş zamanı qastreya tərəfindən yeyilir.
Kokone Hidehikonun inisiatorudur. Döyüş zamanı ölür.
Digərləri
Matsuzaki Tokionun xarici bölgəsində lənətli uşaqların qayğısına qalan xeyirxah adamdır.
Soqen Osaka bölgəsinin lideridir. Ambisiyalı adamdır və bütün dünyanı idarə etmək istəyir. Rentaro düşünür ki, Soqen Seytenşi üçün təhlükəli şəxsdir.
Kihaçi Rentaronun keçmiş dostudur.
Hotaru Kihaçinin planari tipli inisiatorudur.
Kod adı "Darkstalker"-dir.
Rika Yeni Dünya Yaradılış Planının əsgəridir. Kod adı "Hummingbird"-dür.
Kod adı "Swordtail"-dir.
Media Ranobe Ranobe seriyası Saki Ukayın rəssamlığı ilə Şiden Kanzaki tərəfindən yazılır. İlk cildi 10 iyul 2011-ci ildə ASCII Media Works nəşriyyatı tərəfindən Dengeki Bunko imprinti altında buraxılmışdır. 10 aprel 2014-cü ildə kimi 7 cildi nəşr olunmuşdur. Şimali Amerikada Yen Press tərəfindən lisenziyalaşdırılmışdır.
Manqa Morinohonun rəssamlığı ilə istehsal olunan manqa adaptasiyası 27 avqust 2012-ci ildən 27 iyun 2014-cü ilə kimi ASCII Media Works nəşriyyatının "Dengeki Maoh" jurnalında nəşr olunmuşdur. 27 may 2013-cü ildə ilk cildi buraxılmışdır. 27 iyun 2014-cü ilə qədər isə 4 cildi buraxılmışdır. Bundan əlavə, 10 mart 2014-cü ildə abua tərəfindən hazırlanmış "Black Bullet Interlude Fakkyu!" adlı çibi-manqası buraxılmışdır.
Manqa Şimali Amerikada Yen Press tərəfindən lisenziyalaşdırılmışdır.
Anime
Kinema Citrus studiyası tərəfindən anime adaptasiyasının çəkiləcəyi 6 oktyabr 2013-cü ildə Dengeki Bunko imprintinin "Autumn Festival 2013" Rejissoru Masayuki Kocima, ssenaristi Tatsuhiko Urahata, Senbon Umişima personaj dizayneri, Şiro Saqisu bəstəkar, Yo Yamada səs rejissorudur. Anime serialı 8 aprel 2014-cü ildən 1 iyul 2014-cü ilə kimi yayımlanmışdır və 13 seriya davam etmişdir. Crunchyroll animeni ABŞ, Kanada, Böyük Britaniya, İrlandiya, Avstraliya, Yeni Zelandiya, CAR, Niderland, Skandinaviya, Türkiyə, Latın Amerikası, İtaliya, İspaniya, Portuqaliya, Orta Şərq, Ərəb Liqası, Fransa, Belçika, İsveçrə, Andorra, Lüksemburq, Əlcəzair, Tunis, Mərakeşdə yayımlamışdır. Şimali Amerikada Sentai Filmworks tərəfindən lisenziyalaşdırılmış və dublaj edilmişdir.
Açılış mahnısı fripSide tərəfindən ifa olunan "black bullet" mahnısı,, bağlanış mahnısı isə Naqi Yanaqi tərəfindən ifa olunan mahnısıdır. Bundan əlavə, 4-cü seriyada bağlanış mahnısı kimi , 13-cü seriyada bağlanış mahnısı kimi mahnısı səsləndirilmişdir. Hər iki mahnı Naqi Yanaqi tərəfindən ifa olunmuşdur.
Qəbul