Abşeron sarı ənciri — Abşeron yarımadasında yetişdirilən yerli əncir sortu. İki dəfə məhsul verir. Qabığının rəngi açıq-sarı, ləti çəhrayı, toxumu isə azdır. Meyvəsi orta ölçüyə malik olub 30–40 q çəkiyə malikdir. Sentyabrın əvvəlləri meyvəsi yetişir. İyulda verdiyi ilk məhsul varəncir adlanır. Bir ağacdan 60–70 kq məhsul yığmaq olur. Tərkibi C vitamini ilə zəngindir. Bu sort əncirdən yaxşı mürəbbə, doşab hazırlanır. Üstəlik meyvə qurusu kimi istifadə edilir. Şəfalı əhəmiyyəti vardır. Həzm və qan-damar xəstəliklərinin profilaktikasında istifadə edilə bilər.

İstinadlar

Kateqoriya:Əncir