Çevik Polis Alayı — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tərkibində olan Polis taktiki Alayı.

Haqqında Alayın mərkəzi Bakı şəhərində, 8 Noyabr prospekti 69 ünvanında yerləşir. 2023-cü ildən etibarən Alay komandiri, polis general-mayoru Ramil Piriyevdir.

2006-cı ilədək Çevik Polis Alayı, Bakı Şəhər Baş Polis İdarəsinin səlahiyyətində idi.

31 iyul 2006-cı ildə Alay ölkə səviyyəsində işləyə bilmək üçün Daxili İşlər Nazirliyinin tabeliyinə verildi.

30 sentyabr 2017-ci ildən bəri qadın polislər də xidmətə başlayıb.

Çevik Polis Alayı, 2019-cu ildəki etirazlar kimi bir çox etiraz aksiyasını dağıtmaq üçün istifadə olunub.

Çevik Polis Alayının komandirləri Çevik Polis Alayına Alay komandiri rəhbərlik edir. Alay komandiri Prezidentin razılıqı ilə Daxili İşlər Naziri tərəfindən təyin olunur. Polis general-mayoru Səhlab Bağırov (2006–2011) Polis general mayoru Zaur Abdullayev (2011–2019) Polis general mayoru Səhlab Bağırov (2019–2023) Polis general-mayoru Ramil Piriyev (2023-hal-hazırda)

İstinadlar

Kateqoriya:Azərbaycanda hüquq-mühafizə Kateqoriya:Azərbaycan Çevik Polis Alayı