Boris Vladimiroviç İohanson () — sovet rəssamı, pedaqoq, professor. SSRİ Rəssamlıq Akademiyasının prezidenti (1958–1962). SSRİ xalq rəssamı (1943). Sosialist Əməyi Qəhrəmanı (1968). Sov. İKP üzvü. (1943).

Həyatı Boris İohanson 25 iyul 1893-cü ildə Moskvada anadan olub. 1958–1962-ci illərdə SSRİ Rəssamlıq Akademiyasının prezidenti, 1965–1968-ci illərdə SSRİ Rəssamlıq İttifaqı İdarə Heyətinin birinci katibi olmuşdur.

"Sovet məhkəməsi" (1928), "Tələbələr" (1928) və s. əsərlərində sovet gerçəkliyini əks etdirmişdir. 1930-cu illərdə tarix mövzusunda bir sıra əsərlər çəkmişdir: "Kommunistlərin dindirilməsi" (1933), "Köhnə Ural zavodunda" (1937) və s. İohanson 1950-ci ildə "Komsomolun 3-cü qurultayında V. İ. Leninin çıxışı" tablosunu yaratmışdır. Əsərlərinin çoxu Tretyakov qalereyasında saxlanılır.

1943-cü ildə SSRİ xalq rəssamı adı ilə təltif olunmuşdur. Elə həmin ildən Sov. İKP-nın üzvü olmuşdur.

Boris İohanson 25 fevral 1973-cü ildə doğulduğu Moskvada vəfat etmişdir.

İstinadlar

Mənbə

Kateqoriya:SSRİ Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:Sov.İKP-nin XXIII qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXII qurultayının nümayəndələri Kateqoriya:Sənətşünaslıq elmləri doktorları Kateqoriya:Muzeyşünaslar Kateqoriya:İllüstratorlar Kateqoriya:SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvləri Kateqoriya:Rusiya rəssamları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin VII çağırış deputatları Kateqoriya:SSRİ EA-nın müxbir üzvləri