() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü. Azərbaycanın endemik canlısıdır.

Açılış tarixi və etimalogiyası 10 may 1971-ci ildə azərbaycanlı və sovet entomoloqu Rüstəm Məmməd-Əmin Əffəndi (1934–1991) Talış dağlarında Tomares cinsinə aid olan kəpənək cinsi aşkarlayır. Bu canlılar Tomares callimachus və Callophrys suaveola kəpənəkləri ilə birlikdə Onobrychis cornuta bitkisinin çiçəkləri üzərində uçurdular. Əffəndi ilk əvvək 10 dişi və 2 erkəkdən ibarət ekzemplyar aşkarlayır. Sonradan altı dəfə eyni əraziyə səfərlər təşkil edilsə də yeni fərdlər aşkarlanmır. Bu səbəbdən növə "Yoxa çıxmış" ləqəbi adı verilir.

Görünüşü Ön qanadlarının uzunluğu 11–13 mm olur. Qanadların önü tünd-qəhvəyi olur və orta nahiyəsi tünd qırmızı olur. Özünəməxsus rəng çalarları onu digər Tomares cinsinə daxil kəpənəklərdən fərqləndirir.

Arealı Azərbaycan, Talış dağları, Zuvand, Gilli dərə kəndi. Hündürlüyü 1700–1900 m olan yüksəkliklər arasında yayılmışlar.

Biologiyası İl ərzində bir nəsil verir. Tırtılları iyun ayında Onobrychis cornuta bitkisinin yarpaqları ilə qidalanır. Pup şəklində qışlayır.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Avrasiya həşəratları Kateqoriya:Azərbaycan endemikləri