“Məclisi-üns” (Dostluq məclisi) - 1864-cü ildə Şuşada şair Mirzə Rəhim Fənanın təşəbbüsü ilə "Məclisi-üns" adlı ədəbi məclis şuşalı alimlərdən Mirzə Əbdülqasımın mədrəsəsində təşkil edilir. Məşğələləri şair Hacı Abbas Agahın evində keçirilən bu məclisin əvvəllər dörd üzvü var idi. Lakin 1872-ci ildə Xurşidbanu Natəvanın məclisi öz himayəsinə götürməsi onun məşğələlərini daha da canlandırdı; məclis üzvlərinin sayı çoxalıb otuza yaxınlaşdı, şöhrəti Qarabağın hüdudlarını aşıb Azərbaycanın başqa yerlərinə də yayıldı.

1872-ci ildə, "Məclisi-üns" Natəvanın evinə köçəndən sonra Mir Möhsün Nəvvabın təşəbbüsü ilə "Məclisi-fəramuşan" ("Unudulmuşların məclisi") ədəbi məclisi yarandı. Məclis 2022-ci ildə bərpa edilmşdir.

İştirakçıları Məclisin fəal iştirakçıları:

Xurşidbanu Natəvan Mirzə Sadıq Piran (1811-1892) "Məclisi-üns"" şairləri özlərinə təxəllüs seçərkən onun qarşısında and içərmişlərƏdəbiyyatşünas Nəsrəddin Qarayevin tərtib etdiyi "Poetik məclislər" toplusu Mirzə Rəhim Fəna Hacı Abbas Agah Mirzə Ələsgər Növrəs (1836-1911) Məmo bəy Məmai (1834-1902) tacir (Görkəmli ədib Ə.Haqverdiyevin dayısı) İs­mayıl bəy Daruğə (1842-1891) Məşədi Nəsir Lövhi Baxış bəy Səbur

Məclisin digər iştirakçıları:

Məhəmmədəli bəy Məxfi (1821-1892) Məşədi Mahmud bəy Vəzirov (1836-1902), tacir Mirzə Həsən Yüzbaşov-Qarabaği (1824-1904) tacir Mehdiqulu xan Vəfa (1856-1900 Natəvanın birinci ərindən (Xasay xan Usmiyevdən) olan oğlu Mir Həsən Ağa Mir (1869-1902) Natəvanın ikinci ərindən (Seyid Hüseyndən) olan oğlu

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Ədəbi məclislər Kateqoriya:2022-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:Azərbaycan tarixi