İbrahimov İsmayıl Əli oğlu () — texnika elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (1980), Sosialist Əməyi Qəhrəmanı.
Həyatı İsmayıl İbrahimov 31 dekabr 1915-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuşdur.
M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunu bitirmişdir (Azərbaycan Dövlət Neft Akademiyası).
1968-ci ildə AMEA-nın müxbir üzvü, 1980-ci ildə həqiqi üzvü seçilmişdir.
Elmi nailiyyətləri Fasiləsiz işləyən texnoloji proseslərin və istehsalatların riyazi modelləşdirilməsi və optimal idarə edilməsinin metodoloji əsaslarını yaratmışdır. Neft emalı istehsalatının optimallaşdırılması məsələlərinin faktiki olaraq reallaşdırmaqdan ötrü modellərin struktur və funksional xüsusiyyətlərini nəzərə alan səmərəli hesablama üsulları qurmuşdur.
İsmayıl Əli oğlu İbrahimov tərəfindən informasiya qıtlığı şəraitində iritonnajlı etilen istehsalının riyazi modelləri, optimal və operativ idarə edilməsi üsulları təklif olunmuşdur. Determinik və qeyri-səlis şəraitdə işləyən qeyri-stasionar reaktor kompleksinin operativ planlaşdırılmasının və optimal idarə edilməsinin riyazi modellər kompleksi işlənib hazırlanmışdır.
1983-cü ildə İ. Ə. İbrahimov bir qrup alim və mütəxəssislə birlikdə istehsalatın səmərəliliyini yüksəltmək üçün idarəetmə və informasiya sistemlərinin hazırlanması və tətbiqi adlı işinə görə elm və texnika sahəsində SSRİ Dövlət mükafatına layiq görülmüşdür.
Görkəmli tədqiqatçı 200-dən artıq elmi əsərin, o cümlədən 20-dən artıq monoqrafiya, dərslik, elmi-metodiki və tarixi kitabların müəllifi olub. Onun rəhbərliyi altında çoxlu sayda elmlər namizədi və doktoru hazırlanıb.
Ölkə elminin inkişafında mühüm xidmətləri olan tanınmış alim, Azərbaycanın ilk informatiki, Əməkdar elm xadimi, SSRİ Dövlət mükafatı laureatı, akademik İsmayıl İbrahimov 15 iyul 2016-cı ildə gecə saatlarında 100 yaşında vəfat etmişdir. II Fəxri xiyabanda torpağa tapşırılmışdır.
Əsərləri İstilik nəzarəti cihazlarının və avtomatik tənzimləyicilərin yoxlanması və sazlanması. Bakı: Azərnəşr, 1962 (V. İlyasov ilə birgə). Avtomatik tənzimləmə nəzəriyyəsinin əsasları və istehsal proseslərinin avtomatlaşdırılması. Bakı: Maarif, 1972 (F. Xasməmmədov ilə birgə). Pnevmoavtomatikanın elementləri və sistemləri. Bakı: Azərb. NKİ, 1978 (həmmüəlif). İstehsal proseslərinin optimal idarə edilməsi metodları. Bakı: Azərb. NKİ, 1983 (həmmüəlif). Avtomatik tənzimləmə nəzəriyyəsinin əsasları və istehsal proseslərinin avtomatlaşdırılması. Bakı: Maarif, 1983 (həmmüəlif). Dövrüm haqqında… Bakı: Səda, 1995. Azərbaycan uşaq fondu (1988–2000). Bakı: AzETETİİ-nin NPM-zi, 2000. Azərbaycan uşaq fondunda (1988–2005). Bakı: Nafta Press, 2006. Həyatımın səhifələrindən. Bakı: Nafta-Press, 2006.
Təltif və mükafatlar "I dərəcəli Vətən müharibəsi Ordeni" — 1945; 2 dəfə "II dərəcəli Vətən müharibəsi Ordeni" — 1943, 1945; "Qafqazın müdafiəsinə görə" medal — 1945; "Fədakarlığa görə" medal — 1945; SSRİ "Fəxri neftçisi" — 1978; ""Oktyabr inqilabı" ordeni" — 1971; Əməkdar Elm Xadimi — 1981; SSRİ Dövlət Mükafatı laureatı — 1982; 2 dəfə Lenin Ordeni — 1980, 1985; 3 dəfə "Qırmızı Əmək Bayrağı" ordeni — 1965, 1975, 1983; "Sosialist Əməyi Qəhrəmanı" — 1986; Azərbaycan SSR Ali Soveti RH-ın 4 dəfə Fəxri Fərmanı — 1960, 1973, 1978; "Krımın azad olunmasının 50 illiyi münasibətilə" medal — 1999; "Sankt-Peterburqun 300 illiyi münasibətilə" medal — 2003; Beynəlxalq Uşaq Assosiasiya Fondunun laureatı; Almaniyanın "Vətən qarşısındakı xidmətlərinə görə" ordeni; SSRİ Ali Təhsil Nazirliyinin Mükafatı laureatı; SSRİ Ali Təhsil Nazirliyinin Fəxri Fərmanı — 1983; SSRİ Qaz Sənayesinin Fəxri işçisi; "Şərəf" ordeni — 2015
Pedaqoji fəaliyyəti 1946–1997-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyası (Azərbaycan Sənaye İnstitutu, Azərbaycan Neft və Kimya İnstitutu) baş laborant, baş müəllim, dosent, kafedra müdiri-professor, rektor (1960–1970,1978–1988)
Həmçinin bax Azərbaycan Milli Elmlər Akademiyası
Xarici keçidlər informasiya Texnologiyaları İnstitutu Azərbaycan Dövlət Neft Akademiyası AR RİTN-nin Məlumat Hesabat Mərkəzi Azərbaycanda alimin 100 yaşı tamam oldu ibragimov
İstinadlar
Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan mühəndisləri Kateqoriya:Azərbaycanlı mühəndislər Kateqoriya:Azərbaycan SSR siyasətçiləri Kateqoriya:Azərbaycan siyasətçiləri Kateqoriya:Azərbaycanlı siyasətçilər Kateqoriya:Azərbaycanlı dövlət xadimləri Kateqoriya:Azərbaycan memuarçıları Kateqoriya:Texnika elmləri doktorları Kateqoriya:Professorlar Kateqoriya:Azərbaycan uzunömürlüləri Kateqoriya:Azərbaycanlı uzunömürlülər Kateqoriya:AMEA-nın həqiqi üzvləri Kateqoriya:SSRİ Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavinləri Kateqoriya:İdarəetmə Sistemləri İnstitutunun (Azərbaycan) alimləri Kateqoriya:İnformasiya Texnologiyaları İnstitutunun alimləri (Azərbaycan) Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi bürosunun üzvləri Kateqoriya:Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektorları Kateqoriya:Böyük Vətən müharibəsi iştirakçıları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:Sov.İKP-nin XXV qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXIV qurultayının nümayəndələri