Oksford Universiteti () — Böyük Britaniyanın ən məşhur universitetlərindən biri. Dəqiq quruluş tarixi bilinmir, lakin 1096-cı ildə artıq Oksfordda tədris aparılırdı"Introduction and History". University of Oxford..

Tarixi Oksford Universiteti dünyanın ən qədim ingilisdilli universitetidir. Lakin o məlumdur ki, Oksfordda təhsilə 1096-cı ildə başlanılıb, 1167-ci ildən, II Henrixin tələbələrə Paris universitetində oxumağa qadağa qoymasından sonra təhsilin intensiv inkişaf etdirilməsinə başlanılıb.

İlk ictimai kitabxananın əsasını Uelsli Gerald qoydu (1188), Oksfordda beynəlxalq hazırlığın əsasının qoyulması isə ilk xarici tələbə, Frislandiyadan gəlmiş Emonun adı ilə bağlıdır. Oksfordun köhnə kollecləri 1249 (Balliol) və 1264-cü illərdə (Merton) yaradılıb.

1878-ci ildən universitet öz qapılarını qadınların akademik təhsili üçün açdı. İlk qadın müəllimlər isə 1920-ci ildən dərs deməyə başladı. 1974-cü ildən etibarən Oksfordun bütün 39 kolleci (birindən başqa) öz nizamnaməsini qadın və kişilərin birgə təhsil alması üçün dəyişdi. Hazırkı dövrdə yeganə yalnız qadınlar üçün olan kollec St. Hilda kollecidir.

Müharibədən sonrakı illərdə (1939–1945) Oksfordun humanitar fakültələrinə tibb də daxil olmaqla təbiət və tətbiqi elmlər əlavə olundu ki, bu da dünya üçün əhəmiyyətli rolu olan intellektual və tədqiqat mərkəzi kimi universitetin şöhrətini artırdı.

Oksfordda təhsil Oksfordun əsas spesifikası tələbələrin informasiyanı tapıb düzgün istifadə etmək və hər şey haqqında sərbəst fikir söyləyib, onu müdafiə etməkdir.

Oksford tələbə korporasiyası 588 tədris kursunda oxuyan 11 min on beş ilk təhsil alan tələbəni (undergraduates), 4 min 626 aspirantı (postgraduates) özündə birləşdirir. İlk təhsil alma dövründə Xronologiya və ya Biokimyanın yeganə nizamnaməsini öyrənirlər. Bu təhsil 3–4 il ərzində kifayət qədər keyfiyyətli və dərin bilik verir.

Bununla yanaşı, bir neçə nizamnaməni, məsələn, siyasət və iqtisadiyyat, riyaziyyat və hesab texnikası kimi elmləri birləşdirən nizamnamələr də var.

Təhsil kursları universitetin mühazirə və praktiki məşğələlərini təşkil edən akademik personal tərəfindən işlənilib hazırlanır.

Tələbələr kollec tərəfindən təmin olunmuş həftəlik tədris proqramları və dərslikləri istifadə olunan fərdi və sərbəst təhsil proqramlarında da iştirak edə bilərlər.

Kursda tələbələr dərs ilinin başlanğıcında və sonunda təqdim olunan tədqiqi referat işlərinə görə qiymətləndirilir. Oksfordda aspirantların sayı xaricdən gələn tələbələr hesabına artır və onların dörddə biri Master dərəcəsinin müdafiəsinə hazırlaşır, təxminən üçdə ikisi daha yüksək dərəcələr üçün çalışır.

Akademik strukturu Fakültələr; Kafedralar; Elm və tibbdə təşkilati-metodik təhsil mərkəzləri; İncəsənət və humanitar elm sahələrində də təşkilati metodik təhsil mərkəzləri mövcuddur. Fakültələr – universitetin yüksək akademik vahididirlər. Kolleclər.

Oksford universieti həm də muxtar maliyyə vahidlərini birləşdirir.

Universitetin bütün tələbələri kolleclərə paylanılıb.

Universitetin akademik strukturunun əsasını 16 fakültə təşkil edir. Onlardan bəziləri fakültələrin nəzdində fəaliyyət göstərir.

Hər fakültənin öz təhsil kurslarının hazırlığına, proqramın və təhsilin təşkilinə cavab verən seçilmiş şurası var. Fakültələr aspirantların qəbulunu, idarəsini, onların tədqiqatlarının təşkil olunmasını həyata keçirir. Fakültələr universitet şurasını təsdiq edən akademik ştatın birinci və ikinci dəfə təyin edilməsinə cavab verir. Fərdi intizamlar üzrə hazırlıqları həyata keçirən kafedraları təşkil edir. Məsələn, — Fizika və texniki elmlər kafedrası fiziki elmlər fakültəsinin tərkibində, — Zoologiya kafedrası və Bitkilərin energetikası kafedrası Biologiya elmləri fakültəsində, — Cərrahlıq Kliniki Tibb fakültəsinin tərkibindədir. Memarlıq və incəsənət fakültələrində isə kafedralar təşkil olunmur

Məşhur Məzunları Bill Klinton — ABŞ-nin 42-ci prezidenti. Ken Follet — Yazıçı.Fəlsəfə fakültəsini oxuyub. Mik Carreq — "The Rolling Stones"in solisti. Hyu Qrant — Akytor. Net Rotşild — Milyarder.

Azərbaycanlı məzunları Tərlan SüleymanovTarlan Suleymanov , Oxford Robotics Institute, University of Oxford. — robototexnika üzrə fəlsəfə doktoru.

Muzeylər Ashmolean Muzeyi Pitt Rivers Muzeyi Oksford Universiteti Təbiət Tarixi Muzeyi Elm Tarixi Muzeyi

Oksford Universitetinin kollecləri AdYaranmaVebsaytıKembricdəki Qardaş KoleciAll Souls College1438Vebsaytı Trinity HallBalliol College1263VebsaytıSt John's CollegeBrasenose College1509VebsaytıGonville and Caius CollegeChrist Church1546VebsaytıTrinity CollegeCorpus Christi College1517VebsaytıCorpus Christi CollegeExeter College1314VebsaytıEmmanuel CollegeGreen Templeton College2008VebsaytıSt Edmund's CollegeHarris Manchester College1786, Kolec vəziyyəti 1996VebsaytıHertford College1282, Kolec vəziyyəti 1740VebsaytıJesus College1571VebsaytıJesus CollegeKeble College1870VebsaytıSelwyn CollegeKellogg College1990, Kolec vəziyyəti 1994VebsaytıLady Margaret Hall1878VebsaytıNewnham CollegeLinacre College1962VebsaytıWolfson CollegeLincoln College1427Vebsaytı Downing CollegeMagdalen College1458VebsaytıMagdalene CollegeMansfield College1886, Kolec vəziyyəti 1995Vebsaytı Homerton CollegeMerton College1264VebsaytıPeterhouseNew College1379VebsaytıKing's CollegeNuffield College1937VebsaytıOriel College1326VebsaytıClare CollegePembroke College1624VebsaytıQueens' CollegeThe Queen's College1341VebsaytıPembroke CollegeReuben College2019VebsaytıSt Anne's College1878VebsaytıNew HallSt Antony's College1950, Kolec vəziyyəti 1963VebsaytıSt Catherine's College1963VebsaytıRobinson CollegeSt Cross College1965VebsaytıClare HallSt Edmund Hall1226, Kolec vəziyyəti 1957VebsaytıFitzwilliam CollegeSt Hilda's College1893VebsaytıSt Hugh's College1886VebsaytıClare CollegeSt John's College1555VebsaytıSidney Sussex CollegeSt Peter's College1929VebsaytıSomerville College1879VebsaytıGirton CollegeTrinity College1554VebsaytıChurchill CollegeUniversity College1249VebsaytıTrinity HallWadham College1610VebsaytıChrist's CollegeWolfson College1966, Kolec vəziyyəti 1981VebsaytıDarwin CollegeWorcester College1714Vebsaytı St Catharine's College

Xarici əlaqələri Universitet Beynəlxalq Tədqiqat Universitetləri Alyansına daxildir.Members . iaruni.org

Reytinqi + "Academic Ranking of World Universities"dəki yeri: 2003 2004 2005 2006 2007 2008 2009 2010 2011 2012 2013 2014 2015 98101010101010101010910 + "QS World University Rankings"dəki yeri:2015/162014/152013/142012/132011/122010/11656516 + "Times Higher Education World University Rankings"dəki yeri:2021/222020/212019/202018/192017/182016/172015/162014/152013/142012/132011/122010/11111111232246

Həmçinin bax Şəhər və paltar

İstinadlar

Xarici keçidlər

Oksford Universitetinin rəsmi vebsaytı

Kateqoriya:Oksford Universiteti Kateqoriya:Birləşmiş Krallıq universitetləri Kateqoriya:Oksfordda təhsil Kateqoriya:1096-cı ildə yarananlar Kateqoriya:Rassell qrupu