Adalar adasıАдалары // Топонимический словарь Крыма. EdwART. 2011. (Adalar, Ağ daşlar, , — ada)- Gurzuf yaxınlığında Qara dənizə məxsus iki qayalıqdan ibarət adadır.
Etimologiya Bu söz Krımtatar dilindəki adalar və türk dilindəki ada sözlərindən əmələ gəlmişdir. Adalar kimi də tərcümə olunur.
Coğrafiya Ada sahildən təxminən 250 m məsafədə yerləşmişdir. Diametri 20–30 m arasındadır. Qayalıqların hündürlüyü — 35 və 48 metrdir. Onların arsındakı məsafə təxminən 40 m-dir. Qayalıqların yerləşdiyi dəniz hissəsinin dərinliyi 14 m-dən 38 m-ə qədərdir.
Fauna Adada qarabatdaqların yuvaları üstünlük təşkil edir.
Tarixi Qayalar qədim zamanlarda sahillə birləşmiş vəziyyətdə olmuşlar. Lakin tədricən dəniz vasitəsilə qayalar sahildən aralandı. İndi sahildə yalnız qayaların su altında dəniz yosunları ilə zəngin əhəngdaşı dağ silsiləsinin qalıqları qalmışdır. Qayaların birində XX əsrin başlanğıcında restoran fəaliyyətə başlamışdı. Həmçinin sahildən qayalığa doğru asma körpü tikilmişdi. Bunun üçün qayada tunel qazılmışdır. Körpünün tikintisinin qurtarmasına Birinci Dünya müharibəsi mane oldu.Прогулка по Гурзуфу , gurzyf.ru Qayalardan birinə İkinci Dünya müharibəsi zamanı aviasiya bombası düşmüşdür.
Mədəniyyətdə rolu Adalar adası Gurzufun simvollarından biri hesab olunur və Krımın bütünlüklə cənub sahilini əhatə edir. Bu qayalıqlar haqqında əfsanələr yaranmışdır.
Qayalar haqqındakı məşhur əfsanələrdən biri də bu əfsanədir. Deyilənə görə, iki qardaş öz müəllimlərinə və valideynlərinə qulaq asmırlar. Cadügər isə sözə baxmayan qardaşları iki qayaya çevirir. Həmin gündən xalq qayaları- əkiz qayalar adlandırıblar.
Adaların adı tez-tez Arteklərin mahnılarında xatırlanır.Песни Артека — Песня о "Прибрежном" , artek-songs.itkm.ruПесни Артека — Прощальная Артековская , artek-songs.itkm.ru "Artekin fotokartoçkası" mahnısında adanın adı xatırlanır.SovMusic.ru — Фотокарточка Артека , sovmusic.ru Bu mahnı Mərkəzi Televiziya və Ümumittifaq Radiosunun Böyük uşaq xorunun ifasında daha da məşhurlaşmışdır.
Qalereya
İstinadlar
Kateqoriya:Qara dəniz adaları Kateqoriya:Rusiyanın kimsəsiz adaları