Karlis Ulmanis (; ) — Latviyalı siyasətçi və dövlət xadimi; Latviya Respublikasının 4-cü Prezidenti (11 aprel 1936 – 21 iyul 1940) olub.
Həyatı Karlis Ulmanis 4 sentyabr 1877-ci ildə Latviya Respublikasının Berze kəndində kəndli ailəsində anadan olmuşdur. Ailədə üçüncü oğlan uşağı idi.
Siyasi fəaliyyəti 1918-ci ilin noyabrında Latviya istiqlaliyyətini elan edəndən sonra Karlis Ulmanis ölkənin ilk Baş naziri olur.
1886–1889-cu illərdə qəza məktəbində təhsil almışdır.
1940-cı ildə Sovet ordusu bu ölkəni tutarkən Ulmanis ölkənin 4-cü prezidenti idi. 20–22 il əvvəl həm Bolşevik ordusuna, həm Alman ordusuna, həm də ağqrvardiyaçılara qarşı əlində silah istiqlaliyyət uğrunda vuruşmuş, yaralanmış Ulmanis indi müqavimətin mənasız olduğunu görüb, müqavimətdən imtina edib, istefa verməyə razı olur.
Həyatının son illəri və vəfatı Latviyanı SSRİ işğal etdikdən sonra, Karlis Ulmanis Stalin hökuməti tərəfindən Rusiyaya sürgün olunur. Bir müddət Bakıda Bayıl türməsində yatır, buradan Türkmənistana etap olunmuş və 20 sentyabr 1942-ci ildə həbsxanada vəfat etmişdir.
Onun məzarının dəqiq yeri bilinmir; ancaq Türkmənbaşı məzarlığında Ulmanisin xatirəsinə kiçik bir abidə inşa edilmişdir.
İdeologiya Ulmanis Latviya millətçisi idi. O, "Latviya latviyalılar üçün" şüarını müdafiə edirdi. Hansı ki, ona görə Latviya çoxmillətli dövlət yox, təkmillətli dövlət olmalı idi.
Xatirəsi 2001-ci ildə Latviya poçtu tərəfindən Karlis Ulmanisin xatirəsinə həsr olunmuş poçt markası buraxılmışdır2001 President Karlis Ulmanis . stampworld.com.
İstinadlar
Xarici keçidlər
Biography Documents obtained and donated by Paul Berkay and transcribed by Sherri Goldberg and Margaret Kannensohn Kārlis Ulmanis, Latvian, and Baltic History Collection at the University of Nebraska-Lincoln Biography by Edgars Dunsdorfs
Kateqoriya:Latviya prezidentləri Kateqoriya:Həbsdə ölən şəxslər Kateqoriya:Rusiya imperiyasından ABŞ-yə mühacirət edənlər Kateqoriya:XX əsr siyasətçiləri Kateqoriya:SSRİ-də xalqların deportasiyasının qurbanları Kateqoriya:Latviya prezidentliyinə namizədlər Kateqoriya:İkinci Dünya müharibəsinin dövlət başçıları