Vaqula gölü (; VaqqolaÜmumi coğrafi və statistik lüğət. Hissə 3. Tom 1. М. 1843.) — göl Estoniya ərazisində yerləşir. Bırumaa qəzası ərazisində, Vıru şəhərindən 2 km qərbdə qərarlaşırКалевипоэг. 2013. 2 km aşağıda Tamula gölü qərarlaşır.
Gölün sahilində Yavere, Roozizare və Yoba kəndləri yerləşir. Gölün cənubunda isə Vaqula dəmiryolu stansiyası mövcuddur.
Gökün ümumi sahəsi 518,7 hektardır. Şərqdən qərbə uzunluğu 4,6 km, şimaldan cənuba eni isə 1,7 kilometrdir.. Gölün maksimal dərinliyi 11,5 metr, orta dərinliyi isə 5,2 metrdirАльфа и омега: Кратк. справ. 1990. С. 111. Sahilləri düzənlikdir, əsasən qum və gildən təşkil olunmuşdur. Gölün səviyəsi 1934-ci ildə bir metr salınmışdır. Bu zamandan etibarən isə gölün dəniz səviyyəsindən hündürlüyü 69,2 metrdir. Gölün həcmi 495 m³-dir. 1974 ildə göldə «Vaqula» balıqçılıq təsarüffatı yaradılmışdırВосьмая сессия Верховного совета Эстонской ССР восьмого созыва (отчёт). Таллин. 1975.
Göldə çapaq, xanı, Gymnocephalus cernuus, Rutilus, Leuciscus idus, sazan, forel, adi ilanbalığı, lilbalıq, adi sudak, Çud siqi və digər balıqlar yaşayır. Sahillərində Podiceps cristatus, adi qaşqaldaq, yaşılbaş ördək, adi güləyənquşu, fısıldayan qu quşu və digər quşlar yuva qurur. 1960-cı illərdə ilə hər hektara 20 kq balıq məhsulu düşürdüHerd S. V., Jadin V. İ. gölü, SSRİ göl və suanbarları. — М., 1961. — 599 s..
Vaqula gölü estonlar arasında məşhur istirahət bölgəsidir. Burada balıq ovu yarışmaları keçirilir.
XX əsrdə göldə aparılan arxeoloji qazıntılar zamanı çoxlu sayda bürünc əşyalar aşkarlanmışdırŚwiatowit, Объемы 24-25. Państwowe Wydawn. Naukowe., 1962. Üstəlik göl və onun ətrafından Mamont və Müşk öküzü sümükləri arxieloji qazıntı zamanı tapılmışdır.
İstinadlar
Ədəbiyyat Aare Mäemets. Eesti NSV järved ja nende kaitse. Tln., 1977 Вага, Аугуст Янович Летний планктон озёр Тамула и Вагула. Тарту. 1923
Kateqoriya:Estoniya gölləri