Mumbay Universiteti (, ) — Hindistanın Mumbay şəhərində yerləşən ali təhsil müəssisəsi. Mədrəs və Kəlkətə universitetləri ilə birlikdə ölkəsinin ən qədim və öncül universitetlərindən biridir.

Tarixi Universitetin əsası 18 iyul 1857-ci ildə qoyulmuşdur. Quruluşunda nümunə kimi London Universiteti əsas götürülmüşdür.

Kitabxanası Universitetin zəngin kitabxana fondu var.

Reytinqi Mumbay Universiteti ən çox milyarder məzunu olan universitetlərin siyahısında 9-cu yerdədir.Milyarderlər ən çox bu universitetlərdən çıxır… virtualaz.org Milyarderlər harada oxuyur? — REYTİNQ oxu.az Milyarderlər hansı universitetlərdən çıxır? bbc.com, 31.10.2014 2014-cü ilə aid məlumata görə bu universitetin 12 milyarder-məzunu var.Milyarder hazırlayan universitetlər . trend.az, 03.11.2014

Milli Qiymətləndirmə və Akkreditasiya Şurası (NAAC) tərəfindən Mumbay Universitetinə "Beş Ulduz" statusu verilmişdir.About University . mu.ac.in

Tanınmış məzunları Buranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar: Mukeş Ambani — Hindistan milyonçusu, dünyanın ən zəngin adamlarından biri.Leyla Əliyeva. "Milyonçu" layihəsi: Altı yüz qulluqçu ilə 27 mərtəbəlik binada qalan milyarder . publika.az, 25.07.2014 Anil Ambani — Hindistan milyonçusu, dünyanın ən zəngin adamlarından biri; "Reliance Anil Dhirubhai Ambani Group" şirkətinin səhmdarı. Nita Ambani — Mukeş Ambaninin həyat yoldaşı; Hindistanlı xeyriyyəçi.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Hindistan universitetləri Kateqoriya:18 iyulda yarananlar Kateqoriya:1857-ci ildə yarananlar Kateqoriya:Mumbayda təhsil