Çimediyn Sayxanbileg (; d.17 fevral 1969) - Monqolustan baş naziri.

Həyatı Çimediyn Şayxanbileq, 17 fevral 1969-cu ildə Monqolustanın Dornod əyalətində anadan olub"Saikhanbileg Elected Prime Minister | Mongolia Focus" blogs.ubc.ca. İstifadə tarixi:2015-11-6. O Monqolustanın Monqolustan Xalq Universitetini, Rusiya Federasiyasının Moskva Dövlət Universitetini və ABŞ-nın Corc Vaşinqton Universitetini bitirib"President Introduced the Nominee for the Prime Minister to the Parliament" Office of the President of Mongolia. İstifadə tarixi:2015-11-6. O, siyasi proseslərdə iştirak etməkdən əvvəl hüquq firmasında işləyib "Struggling Mongolia picks new premier" Deutsche Welle. 21 November 2014. İstifadə tarixi:2015-11-6.

Şayxanbileq, Monqolustan Demokratik Partiyasına qoşulub, 1997-2002-ci illərdə Monqolustan Gənclər Federasiyasının prezidenti olub"Chimed SAIKHANBILEG" parliament.mn İstifadə tarixi:2015-11-6. 2008-2012-ci illərdə Monqolustan Parlamentində Demoktarik Fraksiyasının lideri olub. Monqolustan Baş naziri təyin olunmaqdan əvvəl, Monqolustanın təhsil naziri idi. O, 5 noyabr 2014-cü ildə etimadsızlıq səbəbi ilə vəzifəsindən azad edilən baş nazir Norovyn Altanxuyaqın əvəzinə 21 noyabr tarixində baş nazir təyin edilib. Onun baş nazir təyin edilməsinə Monqolustan Xalq Partiyası qarşı çıxır. Səbəb kimi, Nazirlər Kabinetinin tərkibini göstərirlər. Monqolustan Xalq Partiyası səsvermədən imtina edib və nəticədə Sayxanbileq 42% səslə səsvermədən qalib ayrılıb.

Baş nazir kimi onun əsas vəzifəsi Monqolustanda xarici investisiyaların artırılması idi. 2013-cü ildə Ömnöqov vilayətindəki Tolqo mis şaxtasının dayandırılması qərarını verdi. 2012-ci ildən 2015-ci ilə qədər xarici investisiya təxminən 4 milyard ABŞ dolları həcmində aşağı düşüb. 2015-ci ildə Sayxanbileq iri hasilat layihələri üçün xalqı referenduma dəvət edib.

Həmçinin bax Tsaxia Elbeqdorj İstinadlar

Kateqoriya:Monqolustan siyasətçiləri Kateqoriya:Monqolustan baş nazirləri Kateqoriya:Monqolustanın dövlət xadimləri