Selenqa və ya SeləngəДревнетюркский словарь, Ленинград, 1969 г. (стр. 465) "Seläŋä. Река Селенга" çayı (, Реестр зарегистрированных в Государственном каталоге географических названий объектов по республике Бурятия . İstifadə tarixi:2015-11-5, ) — Monqolustandan başlayaraq Rusiya Federasiyası subyektlərindən olan Buryatiya Respublikası ərazisində yerləşən Baykal gölünə qədər axan çay. Uzunluğu 992 km, hövzəsinin sahəsi 447 000 km2-dir. Selenga adının monqol dilində "Göy qurşağı" mənasındadır.

Etimalogiyası Buryat dilində sel-enge: enge-suyun töküldüyü göl, sel isə selin tökülməsi mənasındadırГидроним Селенга: этимология и ассоциация . İstifadə tarixi:2015-11-5. Monqol dilində isə sele üzən su mənasını ifadə edir.

Tarixi Selenga çayının axdığı coğrafiyada VI-VIII əsrlərdə Birinci Göytürk xaqanlığı və İkinci Göytürk xaqanlığı, 744–840-cı illərdə Uyğur xaqanlığı, IX əsrin 40-cı illərindən X əsrin 10-cu illərinə qədər Yenisey qırğızları hökmranlıq etmişdir. XI əsrdən etibarən bu bölgələr Monqol dilində danışan tayfaların əlinə keçmişdi.

Coğrafiyası Rusiya Federasiyası ərazisində Buryatiya Respublikasının Ulan-Ude şəhər inzibat dairəsi və 7 rayon ərazisində axan çay. Buryatiya ərazisinə çayın 409 km-lik hissəsi daxildir. Hövzəsinin sahəsi 447 min km2-dır. Selenga çayı İder və Delgermoron çaylarının birləşməsindən əmələ gəlmişdir. Baykal gölünə töküldüyü ərazidə 680 km2-lik geniş deltaya təşkil edir. Baykal gölünə tökülən çayların gətirdiyi suyun təqribən 1/2 hissəsi Selenga çayının payına düşür.

Hidrologiyası Selenga çayı qış aylarında (noyabrdan aprelədək) buzla örtülü olur. Yaz, yay və payızda daşqınlar, yağış günlərdə sellər müşahidə olunur.

Monqolustanla Rusiya arasındakı sərhəd bölgədə orta illik su sərfi 310 m3/s, 127 km uzaqlıqda isə 935 m3/s-dir Массив данных с гидропоста РЖД-Мостовой сервер Юнеско. İstifadə tarixi:2015-11-6.

May və sentyabr aylarında isə təqribən 270 km-lik hissəsi gəmiçilik çün yararlı hala gəlir.CIA Factbook — Mongolia monqol dilində. İstifadə tarixi:2015-11-6

Qolları Selenga çayının əsas sol qolları: Temnik çayı Oronqoy çayı Djida çayı Eg çayı

Sağ qolları isə: Orxon çayı Çikoy çayı Xilok çayı Uda çayı İtantsa çayı

Qalereya

Qeydlər

İstinadlar

Kateqoriya:Monqolustan çayları Kateqoriya:Rusiya çayları Kateqoriya:Asiyanın beynəlxalq çayları