Yaşar Məmmədzadə adına stadion, rəsmi adı ilə Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu və ya qısaca Mingəçevir şəhər stadionu — Mingəçevir şəhərində fəaliyyət göstərən idman obyekti. 1953-cü ildə tikilib. Tutumu 4800 nəfərdir. 2010, 2022 və 2025-ci ildə təmir edilmişdir. Mingəçevir FK ev oyunlarını bu stadionda keçirir.
Mingəçevir şəhərində fəaliyyət göstərən futbol stadionu şəhid — Yaşar Məmmədzadənin adını daşıyır. Stadionda şəhidin büstü yerləşdirilib.
İstinadlar
Kateqoriya:Azərbaycandakı çoxməqsədli stadionlar Kateqoriya:Mingəçevirdə idman Kateqoriya:Azərbaycan futbol stadionları