Quruboğaz — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Alagöz (Araqadz) rayonunda kənd.İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" , Bakı, "Elm", 2002.
Tarixi Rayon mərkəzindən 15 km məsafədə yerləşir. 1972-ci ilə kimi Abaran rayonunun tərkibində olmuş, Alagöz (Araqadz) rayonu yaradıldıqdan sonra - 15 mart 1972-ci ildən sonra Abaran rayonunun inzibati - ərazi bölgüsündən çıxarılıb Alagöz (Araqadz) rayonunun inzibati ərazi bölgüsünə daxil edilmişdir.
Toponim türk dilində «bitkisiz, çılpaq, yaşıllıqsız»Azərbaycan dilinin izahlı lüğəti, I c., Bakı, «Elm», 1966. s.582, «quru daşlı düzənlik»Мурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984. s.320 mənasında işlənən quru sözü ilə Azərbaycan dilində «dərələrin, çayların baş tərəfi, çay ağzı», «iki dağ arasındakı dar keçid»mənasında işlənən boğaz sözününAzərbaycan dilinin izahlı lüğəti, I c., Bakı, «Elm», 1966. s.295Yüzbaşov R. Azərbaycan coğrafiya terminləri (tədqiqlər), Bakı, «Elm», 1966. s.99Мурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984. s.86-87 birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Quruboğaz dağı Quruboğaz İrəvan quberniyasının İrəvan qəzasında, indi Abaran rayonunda dağ. Abaranın şimal-şərqində yerləşir. Oronim Azərbaycan dilində «bitkisiz, çılpaq, yaşıllıqsız» mənasında işlənən quru sözü ilə, iki dağ arasındakı dar keçid», «keçid» mənasında işlənən boğaz sözününБушуева Е.Н. Словарь русской транскрипции географических терминов и других слов, встречающихся в топонимии Азербайджанской ССР, М., 1971. s.38 birləşməsindən əmələ gəlmişdir. «Boğaz» sözü həm də «dar yer» mənasında işlənirMəmmədov N.G. Azərbaycan Respublikasının oronimləri, Bakı, Bakı Universiteti nəşriyyatı, 1999. s.149. Quruluşca mürəkkəb oronimdir.
Əhalisi
İstinadlar
Kateqoriya:Abaran kəndləri Kateqoriya:Araqacotn mərzinin yaşayış məntəqələri