Məlikkənd — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Alagöz (Araqadz) rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
Tarixi Rayon mərkəzindən 14 km məsafədə, Abaran çayının qolu üstündə, Dəvədaş və Dəvəboynu dağlarının ətəyində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndəİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.109 qeyd edilmişdir.
Toponim «hökmdar, padşah» mənasında işlənən məlik sözünəAzərbaycan dilinin izahlı lüğəti, III c., Bakı, «Elm», 1983. s.290 kənd sözünün qoşulması ilə əmələ gəlib «Hökmdara, məlikə məxsus kənd» mənasını bildirir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Erm. SSR AS RH-nin 15. VII. 1946-cı il fərmanı ilə adı dəyişdirilib Məlikgyuğ (gyuğ erməni dilində kənd deməkdir) qoyulmuşdur.
Əhalisi
İstinadlar
Kateqoriya:Abaran kəndləri Kateqoriya:Araqacotn mərzinin yaşayış məntəqələri