Alla Fyodorovna Dudayeva (; ) - 1990-cı illərdə Çeçenistanın Rusiyadan ayrılması üçün yaradılmış hərəkatın lideri Cövhər Dudayevin həyat yoldaşı.

Həyatı Alla Dudayeva 1947-ci ildə Kolomenski rayonundakı sovet zabit ailəsində dünyaya gəlmişdir. O, Smolenskdə rəssamlıq təhsili almışdır. 1967-ci ildə o zaman SSRİ Hava Qüvvələrinin zabiti olan Cövhər Dudayevlə evlənmişdi. Alla 1996-cı ildə Birinci Çeçenistan müharibəsində ərinin ölümündən sonra Türkiyəyə qaçmağa çalışarkən Nalçikdə saxlanılmış və daha sonradan tanıya bildiyi, gənc zabit Aleksandr Litvinenko tərəfindən istintaqa cəlb edilmişdir.Alla Dudaeva Describes being Interrogated by Litvinenko. North Caucasus Weekly Volume: 7 Issue: 48. 14 December 2006. Eyni ilin sonlarına yaxın buraxıldıqdan sonra Çeçen İçkeriya Respublikasının Mədəniyyət Nazirliyində işləyən Alla 1999-cu ildə İkinci Çeçenistan müharibəsinin başlamasıyla Azərbaycana, daha sonra Türkiyəyə və Litvaya qaçmışdır. Georgian-Vainakh Days in Tbilisi . O, 2010-dan 2012-ci ilə qədər Gürcüstanın Qafqaz TV kanalında mədəniyyət proqramlarının aparıcısı olaraq işləmişdir.Georgia’s Caucasus TV Channel Launched Online . Civil Georgia. 3 January 2010.

2016-cı il məlumatlarına görə, bir müddət Estoniyada da yaşan Dudayevanın hal-hazırda Stokholmda yaşayır.

Əsərləri Alla Dudayeva əri Cövhər Dudayevlə bağlı xatirələrini yazdığı kitab da daxil olmaqla, bir neçə kitabın müəllifidir:

Milyon birinci (Milyon birinci) "Şule Yayınları", 448 стр. 2003 ISBN 9756446080 Le loup tchétchène: ma vie avec Djokhar Doudaïev (Çeçen canavar: Cövhər Dudayevlər həyatım) "Maren Sell" 398 səh. 2005 ISBN 2-35004-013-5

İstinadlar

Kateqoriya:Rusiya memarları Kateqoriya:Rusiya memuarçıları Kateqoriya:Rusiya yazıçıları Kateqoriya:SSRİ rəssamları Kateqoriya:XXI əsr rəssamları Kateqoriya:XX əsr rəssamları