Qənirə Ataşova () — jurnalist, ssenari müəllifi, ANS TV-nin ABŞ-dakı bürosunun rəhbəri (2015).

Həyatı Qənirə Ataşova 1979-cu il dekabrın 14-də Neftçala rayonun Aşağı Surra kəndində anadan olub. 1996-cı ildə orta məktəbi bitirərək elə həmin il Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika fakültəsinə daxil olub. Təhsil aldığı müddətdə jurnalistikaya böyük maraq göstərib. Məhz bu maraq sayəsində ANS-də işləmək şansı əldə edib. ANS-ə işə qəbul olunduqdan sonra isə jurnalist dərslərini burda alıb. Stajçı müxbir kimi işə başlayan Qənirə Ataşova bu kanalda baş aparıcı-redaktor vəzifəsinədək yüksəlib.

Müxtəlif vaxtlarda dövrünün tarixi hadisələrində jurnalist kimi fəal iştirak edib. ANS-də "80 kilometr yerin altı ilə" filmini hazırlayıb, "Nəzər nöqtəsi" və "Xəbərçi" proqramlarında aparıcılıq edib. Hazırda "Xəbərçi" informasiya proqramında çalışır.

2013–2015-ci illərdə ANS-in baş redaktoru vəzifəsində çalışıbQənirə Ataşovanın vəzifəsi böyüdü . 2015-ci ildə ANS-in ABŞ-dəki bürosuna növbəti bir il üçün rəhbər təyin olunub.

Ailəlidir. Fərhad və Ceyhun adlı iki oğlu var. Onun Fətullah Güləndən müsahibəsinə görə ANS TV 2016-cı ildə dövlət tərəfindən bağlanılmışdı, özünə isə Azərbaycanı tərk etməyə müvəqqəti qadağa qoyulmuşdu.

2017-ci ildə təhsil almaq üçün ABŞ-yə köçüb və 2019-cu ilin sonunda orada Qrin kard əldə edibQənirə Ataşova: "Amerika bir okeandır, mən də dərin sularda üzmək istəyən balıq…" moderator.az, 27.12.2018. 2020-ci ildən Gunaz tv-nin Vaşinqton nümayəndəliyində çalışıb. ABŞ-da, paytaxt Vaşinqtonda yerləşən "Bay Atlantic University"də MBA təhsilini tamamlayaraq İnformasiya Texnologiyaları sahəsində işə başlayıb. Hazırda IT şirkətlərdən birində kompüter mühəndisi kimi çalışır.GünAz TV-nin rəsmi Vaşinqton nümayəndəliyi öz işinə başlayıb

Mükafatları 22.07.2013 — Həsən bəy Zərdabi mükafatı

Filmoqrafiya 80 kilometr yerin altı ilə (film, 2002) (qısametrajlı sənədli film) (ANS tv) Apreldən əvvəl may... Azərbaycan Xalq Cümhuriyyəti (film, 2001)

Həmçinin bax Lalə Ədalətqızı

İstinadlar

Kateqoriya:Azərbaycan ssenaristləri Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycan qadın jurnalistləri Kateqoriya:Azərbaycanlı jurnalistlər Kateqoriya:Azərbaycanın televiziya aparıcıları Kateqoriya:Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunları Kateqoriya:Həsən bəy Zərdabi mükafatı laureatları Kateqoriya:Neftçalada doğulanlar Kateqoriya:ANS TV-nin jurnalistləri