Asəf (Ağasəf) Əli İskəndər oğlu Cəfərov () — Azərbaycan SSR xalq rəssamı (1989).
Haqqında Asəf Əli İskəndər oğlu Cəfərov 1927-ci ildə Bakıda, İçərişəhərdə anadan olmuşdur. 1945–1950-ci illərdə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində ilk rəssamlıq təhsilini almış, 1951–1957-ci illərdə ali təhsilini davam etdirmişdir. 1957-ci ildə İnstitut tərəfindən Hindistan va Pakistana yaradıcılıq ezamiyyətinə göndərilmişdir. "Bilərzik seçimi" (1957) həmin dövrün seçilən işlərindəndir.
A. Cəfərov tematik tablo, portret, mənzərə və natürmort janrlarında özünə məxsuz kompozisiya, kolorit və işlənilmə üslubu ilə fərqlənən əsərlər qalereyası yaratmışdır. Rəssamın yaradcılığında milli çalarlar, folklora müraciət və ənənəvi məzmunlu mövzular üstünlük təşkil edir. Rəssam bədii estetik təsir yükünə malik süjetli əsərlər yaratmışdır. Buna misal olaraq "Tarlada", "Dəniz kənarında", "Görüş", "Mənim Azərbaycanım", "Musiqiçilər" və başqalarını qeyd etmək olar. Asəf Cəfərov həm də bir çox portretlərin muəllifidir. Buna misal olaraq onun "Ə.Vahid", "V.Mustafazadə", "S.Bəhlulzadə", "Arif Məlikov", "Cəfər Cabbarlı", "Vəcihə Səmədova", "Rəşid Behbudov" və s. portretlərini göstərmək olar. Rəssam bölgələrə yaradıcılıq ezamiyyətlərindən sonra maraqlı əsərlər yaradıb."Bakıda qar", "Qaş-Qaş", "Xəzər dənizi" adlı mənzərələri fırça ustasının belə əsərlərindəndi. O, həmçinin Abşeron mənzərələri silsiləsi üzərində işləmişdir: "Abşeron", "Daş hasarlar", "Maştağa kəndi", "Abşeronun qızıl qumları", "Bakıda qış", "İsti gün", "Qış", "Əncir kolu", "Bahar", " Axşam motivi" və s. A.Cəfərov tarixi janra da müraciət etmişdir. Bu sıradan "Nəsimi azad düşüncəlilərin məclisində", "Oyanış" əsərlərinin adını qeyd etmək olar.
Asəf Cəfərov yaradıcılıq ezamiyyətlərində olduğu xarici ölkələrdə (İtaliya, Avstriya, Almaniya və s.) yeni ruhlu tablolar yaradıb. Rəssam bir çox beynəlxalq sərgilərin iştirakçısı olmuşdur, Avstriyada "Dünya Təsviri Sənət Sərgisi"-də (1980) "Qran Pri" mükafatını qazanmışdır.
Rəssam Asəf Cəfərov 3 aprel 2000-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Ailəsi Şair Ağadadaş Münirinin nəvəsidir.
İstinadlar
Xarici keçidlər Xalq rəssamı Asəf Cəfərovun 80 illik yubileyinə həsr olunmuş sərgi keçirilib Асаф Джафаров и самобытность его художественного дарования Великолепные произведения живописи Асафа Джафарова, на которых нужно учиться (ФОТО)
Kateqoriya:Azərbaycan rəssamları Kateqoriya:Azərbaycanlı rəssamlar Kateqoriya:İçərişəhərdə_doğulanlar Kateqoriya:Azərbaycan SSR xalq artistləri Kateqoriya:Azərbaycanın portret rəssamları Kateqoriya:XX əsr Azərbaycan rəssamları Kateqoriya:XXI əsr Azərbaycan rəssamları Kateqoriya:SSRİ şəxsləri Kateqoriya:Azərbaycan SSR əməkdar incəsənət xadimləri