Vəli Yusif oğlu Axundov () — Azərbaycanın ictimai-siyasi xadimi, akademik (1969). Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1959–1969), Azərbaycan SSR Nazirlər Sovetinin sədri (1958–1959), Azərbaycan SSR səhiyyə naziri (1954–1958).

Həyatı Vəli Axundov 1916-cı il mayın 13-də Bakı quberniyasının Saray kəndində kəndli ailəsində anadan olmuşdur. İlk təhsilini Saray kənd məktəbində almışdır. Xatirələrində həmin məktəb yaşadığı yerdən bir neçə kilometr uzaqlığda yerləşdiyini qeyd edirmiş. Uzaq olduğundan və dərsləri buraxmaq istəmədiyindən hər gün evdən məktəbə və məktəbdən evə piyada yol onun həmin məktəbdən əla qiymətlərlə məzun olmasına mane olmamışdır, 1929-cu ildə həmin məktəbi bitirərək Biləcəri stansiyasındakı fabrik-zavod məktəbində təhsilini davam etdirmişdir. 1931-ci ildə sənət məktəbini bitirib Bakı Sənaye texnikumuna daxil olmuşdur. 1935-ci ildə texnikumun kimya şöbəsini bitirib kimyaçı texnik peşəsinə yiyələnmişdir. Təhsilini davam etdirmək və ali təhsil almaq məqsədilə əvvəlcə Azərbaycan Sənaye İnstitutunun hazırlıq kursunda oxumuş, 1936-cı ildə isə Azərbaycan Tibb İnstitutuna daxil olmuşdur. İnstitutda oxumaqla yanaşı ATİ-nin ictimai elmlər kafedrasının laborantı, "Tibbi kadrlar uğrunda" qəzetin redaktoru və komsomol komitəsinin katibi vəzifəsində çalışmışdır.

1941-ci ildə ATİ-ni müvəffəqiyyətlə bitirərək orduya çağırılmışdır. 1941–1945-ci illər Böyük Vətən müharibəsində 20-ci atıcı diviziyanın tərkibində həkim-əsgərdən xüsusi tibbi-sanitar batalyonunun komandiri vəzifəsinədək yüksəlmiş, Rusiya, Belarus, Almaniya, Çexoslovakiya ərazisində gedən döyüşlərdə iştirak etmişdir.

1946-cı ildə ordudan tərxis olunmuş, ATİ-na qayıtmış, tibb tarixi kafedrasının assistenti qəbul edilmiş və Epidemiologiya, Mikrobiologiya və Gigiyena İnstitutunun elmi işçisi, direktoru olmuşdur. Az sonra Azərbaycan Tibb İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilmiş və 1946–1949-cu illərdə bu vəzifədə çalışmışdır.

Fəaliyyəti 1949–1952-ci illərdə Azərbaycan SSR səhiyyə nazirinin müavini, 1952–1953-cü illərdə isə Bakı Vilayəti səhiyyə şöbəsinin müdiri olmuşdur.

1953–1954-cü illərdə Azərbaycan KP MK-da inzibati, ticarət-maliyyə və plan orqanları şöbəsi müdirinin müavini vəzifəsində işləmişdir. 1954–1958-ci illərdə isə Azərbaycan SSR səhiyyə naziri vəzifəsini tutmuşdur.

1958-ci ilin yanvarında Azərbaycan KP MK katiblərindən biri seçilmiş, həmin ilin iyulunda isə Azərbaycan SSR Nazirlər Sovetinin sədri vəzifəsinə təyin edilmişdir. 1959-cu ilin iyuluna qədər bu vəzifədə çalışmışdır.

1959–1969-cu illərdə Azərbaycan KP MK-nın birinci katibi vəzifəsini tutmuşdur. Onun dövründə Azərbaycan müharibədən sonra ən çox neft – 21,5 mln. ton istehsal etmiş, kənd təsərrüfatı məhsulları istehsalı çoxalmışdır.

1956-cı ildə namizədlik dissertasiyası müdafiə etmiş və SSRİ Ali Attestasiya Komissiyası ona tibb elmləri namizədi, 1964-cü ildə isə tibb elmləri doktoru elmi dərəcəsi vermişdir.

1969-cu il iyulun 14-də birinci katib vəzifəsindən azad edilmişdir. H. Əliyevin sədrliyi ilə keçirilən Azərbaycan KP MK bürosunun iclasında onun birinci katib olarkən istifadə etdiyi tibbi və məişət xidmətləri özündə saxlanılmışdır.

1969-cu ildə Azərbaycan Elmlər Akademiyasının akademiki seçilmişdir. 1969–1972-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti olmuş və akademiyanın səhiyyə sahəsinə rəhbərlik etmişdir. O dövrlə artıq kifayət qədər yaşlı olduğu zaman ingilis dilini sıfırdan öyrənməyə nail olmuşdur.

1972–1986-cı illərdə Q. M. Musabəyov adına Virusrologiya, Mikrobiologiya və Gigiyena İnstitutunun direktoru olmuşdur.

İctimai və siyasi fəaliyyət göstərdiyi dövrdə dəfələrlə AKP, Sov. İKP MK, Azərbaycan AKP MK bürosunun üzvü, Azərbaycan, SSRİ Ali sovetlərinin, Azərbaycan SSR Ali Soveti rəyasət heyətinin üzvü olmuşdur.

1986-cı il avqustun 22-də Bakı şəhərində vəfat etmiş və Fəxri Xiyabanda dəfn olunmuşdur.

Mükafatları "Lenin" ordeni II dərəcəli Vətən müharibəsi ordeni "Qırmızı Ulduz" ordeni Müxtəlif medallar

Xatirəsi 21 aprel 1996-cı ildə Azərbaycanın görkəmli alimi və ictimai-siyasi xadimi, akademik Vəli Yusif oğlu Axundovun 80 illik yubileyi ilə əlaqədar qərar qəbul edilmişdirAkademik Vəli Axundovun 80 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 aprel 1996-cı il tarixli Fərmanı — anl.az saytı.

15 yanvar 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vəli Axundovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır.

İstinadlar

Mənbə Azərbaycan Sovet Ensiklopediyası. C. I. Bakı, 1976. Musa Qasımlı, Cavid Hüseynov. Azərbaycanın baş nazirləri. Bakı, 2005

Xarici keçidlər Səda — Vəli Axundovun anadan olmasından 100 il ötür Gəncədə Vəli Axundovun 100 illik yubileyinə həsr olunan konfrans keçirilib — Kepez TV Səda — Vəli Axundov-100 (3. iyun 2016) Vəli Axundovun 100 illik yubileyi Rusiyada

Həmçinin bax

Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan SSR Nazirlər Sovetinin sədrləri Kateqoriya:SSRİ Ali Sovetinin VI çağırış deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan ateistləri Kateqoriya:Axundovlar (Bakı) Kateqoriya:Sov.İKP-nin XXIII qurultayının nümayəndələri Kateqoriya:Azərbaycan SSR səhiyyə nazirləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibləri Kateqoriya:SSRİ Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:II Fəxri Xiyabanda dəfn olunanlar Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri Kateqoriya:"Qafqazın müdafiəsinə görə" medalı ilə təltif edilənlər Kateqoriya:Sov.İKP-nin XXI qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXII qurultayının nümayəndələri Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin VI çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin VII çağırış deputatları Kateqoriya:SSRİ kapitanları Kateqoriya:Azərbaycan SSR Elmlər Akademiyasının akademikləri