Lixtenştayn qəsri () — Almaniyanın Baden-Vürtemberq əyalətində yerləşən qəsr.
Haqqında Qəsr Svabiya-Baden platforması üzərində yerləşir. 1200-cü ildə tikildiyi düşünülür. 1311-ci ildəki Reyçskrays Müharibəsində və sonra 1381-ci ildəki Reutlinqen şəhəri ilə birlikdə xaraba edildi. Qəsr 1840-cı ilə qədər təmir olunmadı.
1802-ci ildə bu torpaqlar Vürtemberq kralı I Frederikin əlinə keçdi. I Frederik orda ov köşkü tikdirdi. 1837-ci ildə bura qohumu Uraxlı hersoq Vilhelmin əlinə keçdi. O, Villiam Hauflun romanı "Lixtenştayn"dan təsirləndi və 1840–1842-ci illərdə indiki qəsri tikdirdi. Qəsrin memarı Karl Aleksandr Heydelof idi.
Qəsr indi Urax hersoqunun mülkiyyəti olsa da, ziyarətə açıqdır.
Eyniadlı qəsrlər Cənubi Afrikada Hount körfəzində və Avstriyada Lixtenştayn adlı qəsrlər mövcuddur.
Qalereya
İstinadlar
Kateqoriya:Almaniya qəsrləri Kateqoriya:1200-cü ildə yarananlar Kateqoriya:XIII əsr memarlığı Kateqoriya:Almaniyanın memarlıq abidələri