Rauf Asif oğlu Əliyev () — Azərbaycan Respublikası Milli Məclisinin III, IVDördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin 2010-cu il 29 noyabr tarixli iclasın stenoqramı. meclis.gov.az , V və VI çağırış2015-ci il 24 noyabr tarixli iclasın stenoqramı . parliament.az deputatı. Həyat və yardıcılığı 1956-cı il mayın 27-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun Neft və qaz quyularının qazılması fakültəsini bitirmişdir. Azərbaycan Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvüdür. Rus və ingilis dillərini bilir.
1978-ci ildən Bakı Qaz İstehsalat İdarəsində böyük mühəndis işləmişdir.
1983-cü ildən Azərbaycan Dövlət Peşə Təhsili Komitəsi sədrinin köməkçisi, Xalq Təhsili Nazirliyinin idarə rəisi olmuşdur.
1991–1992-ci illərdə «İnbak» firması baş direktorunun müavini, 1994-cü ildən Azərbaycan Respublikası gənclər və idman nazirinin köməkçisi, nazirliyin işlər müdiri, 2000–2005-ci illərdə «Neftçi» idman-sağlamlıq mərkəzinin sədri vəzifələrində çalışmışdır.
2004-cü ildən AFFA-nın birinci vitse-prezidentidir. Yeni Azərbaycan Partiyasının üzvüdür. Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Sosial siyasət komitəsinin üzvüdür. Azərbaycan–Tailand parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Bolqarıstan, Fransa, Koreya, Qırğızıstan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Avropa İttifaqı − Azərbaycan parlament əməkdaşlığı komitəsinin və MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 2 övladı var.
26 may 2026-cı ildə Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Rauf Asif oğlu Əliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Siyasi fəaliyyəti Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib.
İstinadlar
Xarici keçidlər III çağırış IV çağırış V çağırış VI çağırış Rauf Əliyev
Kateqoriya:Azərbaycan Milli Məclisinin III çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin IV çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin V çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin VI çağırış deputatları Kateqoriya:Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvləri