İlham Kazım oğlu Məmmədov () — Azərbaycan Respublikasının Milli Məclisinin III, IV, V VI və VII çağırış deputatı.

Haqqında 1962-ci il yanvarın 13-də Yevlax şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə işi fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilir.

1986-cı ildən Yevlax Şəhər Mərkəzi Xəstəxanasında sahə həkimi, həkim-endoskopist, şöbə müdiri, həkim-qastroenteroloq, 2001-ci ildən Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında böyük həkim vəzifələrində çalışmışdır. 2004–2005-ci illərdə Yevlax Şəhər Mərkəzi Xəstəxanasının baş həkimi olmuşdur.

Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədridir.

Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə komitələrin üzvü.

2024-cü il oktyabrın 8-də Azərbaycan - İraq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.

İstinadlar

Xarici keçidlər Milli Məclis saytda profili

Kateqoriya:Azərbaycan Milli Məclisinin III çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin IV çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin V çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin VI çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin VII çağırış deputatları