Vaqif Qulam oğlu Behbudov () — Azərbaycan rejissoru, operator, ssenari müəllifi, Azərbaycan Respublikasının xalq artisti (2000), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2006).
Həyatı Vaqif Qulam oğlu Behbudov 1961-ci ildə Sank-Peterburq Dövlət Kino və Televiziya Universitetini bitirmişdir. Azərbaycan Televiziyasında cizgi filmləri istehsalının təməlini qoymuşdur. Əvvəlcə kinooperator, daha sonra isə kinorejissor kimi filmlər çəkmişdir.
"Gözlük", "Danışan işıqlar", "Qırmızılar, qaralar və başqaları", "İlham", "Göyçək Fatma", "Ustalar, qızıl əllər", "Yayın bir günündə", "Sağ ol, dostum", "Basatın igidliyi", "Xeyirli nağıl", "Qız qalası", "Qurbanəli bəy", "Qara leylək", "Sehirli çıraq", "Başlanğıc", "Analar və laylalar" adlı cizgi filmlərinin rejissoru və operatoru olmuşdur. V. Behbudov operator olaraq "Üzeyir Hacıbəyov", "Bizim Şamama", "Təsnif", "Şövkət Ələkbərova" və s. sənədli filmlərin hazırlanmasında işləmişdir. Rejissor kimi "Nailə", "Kamil", "Özümlə heç nə aparmayacağam"(Əzizə Cəfərzadə), "Əbədi zirvə", "Müslüm Maqomayev −55", "Mənlə mən arasında", "Azərbaycan Respublikasının Təhlükəsizlik orqanları", "Sənsiz", "Bakı-SOS uşaq kəndi", "Bağlı qapı" (Akademik Əziz Əliyev), "Sənsiz" (Akademik Zərifə Əliyeva), "Kərpickəsən kişi", "İlmələrdə yaşayan həyat" (rəssam Kamil Əliyev), "Sirli salnamələr", "Girdiman", "Yeraltı şəhərin izi ilə", "Lahıc", "Azərtac-85" sənədli filmlərini çəkmişdir. Müəllifi olduğu cizgi filmlərindən altısı Beynəlxalq Televiziya Filmləri Festivalında Priz və Mükafatlara layiq görülmüşdür.
Dövlət və "Humay" Mükafatları Laureatı, Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür. "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində Operatorlar qrupunun rəhbəri, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibidir. Ümumilikdə 45 illik iş stajına malikdir.
Filmoqrafiya
İstinadlar
Mənbə Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.
Kateqoriya:Azərbaycan rejissorları Kateqoriya:Behbudovlar Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:Bakı şəxsləri Kateqoriya:Azərbaycan kinorejissorları