Vasif Məmmədzadə () — kinorejissor, Azərbaycanın Respublikasının əməkdar mədəniyyət işçisi (2016).
Həyatı 1977-ci il avqust ayının 15-də Şəmkir şəhərində, ziyalı ailəsində anadan olub.
1993-cü ildə Bakı şəhər 112 saylı orta məktəbi bitirib. Həmin il "Azərbaycanfilm" kinostudiyasında assistent kimi əmək fəaliyyətinə başlayıb. 1995-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsinə qəbul olunub və 1999-cu ildə oranı bitirib. Həmin ildən Azərbaycan Milli Ordusunda həqiqi hərbi xidmət keçib. 2003-cü ildə ADMİU-nun Rejissorluq fakültəsinin magistraturasına daxil olub və 2005-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib. Tələbə ikən Dövlət Yuğ Teatrında çalışıb. 2000-ci ildən Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin "Azərbaycantelefilm" Yaradıcılıq Birliyinində əvvəlcə rejissor assistenti, sonra isə kinorejissor vəzifələrində çalışıb. CBC Teleradio Şirkətinin Televiziya Filmləri Studiyasında kinorejissor kimi fəaliyyət göstərib. 2016-cı ildən 2020-ci ilədək İctimai Televiziya və Radio Yayımları Şirkətinin "CARÇIFİLM" Yaradıclıq Birliyində quruluşçu rejissoru olub. 2020-ci ildən AzTv-də kinorejissor kimi fəaliyyət göstərir.
Bir neçə daxili və beynəlxalq kinofestivalların iştirakçısı və qalibidir. Gürcüstanda və İranda keçirilən Azərbaycan Mədəniyyəti və İncəsənəti günlərində "Duz gölü" və "Kömür" filmləri ilə ölkəmizi təmsil edib.
2001-ci ildə "Ümidli gənclər" adlı festivalda "Olqa" filminə görə "Çarli Çaplin" mükafatına, 2002-ci ildə Beynəlxalq Audiovizual festivalda "Duz gölü" filminə görə AYB-nin təsis etdiyi "Ən orijinal ideya tapıntısı" nominasiyasında "Qızıl qartal" mükafatına və diploma, 2003-cü ildə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi III "Naməlum" kinofestivalında "Lal" bədii filminə görə Qran-Pri və "Ən yaxşı rejissor" mükafatına layiq görülüb. Bu qalibiyyətinə görə "Azərbaycanfilm" kinostudiyasında Qarabağ mövzusunda "Lal çinar" adlı bədii filmini çəkib.Kəbutər. "Lal çinar"ın nəğməsi. [Eyniadlı filmin çəkilişi haqqında] //Yeni Azərbaycan.- 2005.- 26 mart.- səh. 7. 2013 və 2014-cü illərdə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri Dövlət Komitəsinin keçirdiyi ənənəvi Beynəlxalq kino festivalında CİBC Telekanalının "Televiziya Filmləri Studiyası"nın "Qaranlıq dünyanın nuru" və "Liderlər Lider haqqında. Heydər Əliyev" adlı sənədli televiziya filmləri xüsusi mükafata layiq görülüb. Həsən bəy Zərdabi mükafatının laureatıdır.
"Şəhər içində şəhər" adlı sənədli televiziya filmi 2013-cü ilin noyabr ayının 20-dən 24-nə kimi keçirilən I Bakı Beynəlxalq Turizm Filmləri Festivalında iki mükafat qazanmışdır. Belə ki, film "TV filmlər" nominasiyasında 2-ci yeri tutaraq gümüş, "Milli kino" nominasiyasında qızıl mükafatı qazanmışdır. Film Azərbaycandan qızıl mükafat qazanan yeganə ekran əsəridir. 2015-ci ildə çəkdiyi və akademiki Xoşbəxt Yusifzadənin 85 illiyinə həsr olunan "Fədakar" 2 hissəli bədii-sənədli filminin uğurlu alınmasına görə ARDNŞ-in "Fəxri fərman"ına layiq görülüb.
2015-ci ildə Sərkərdə ləyaqəti… General Əliağa Şıxlinski filminə görə Respublika Veteranlar Təşkilatının qərarı ilə "General Əliağa Şıxlinski" yubiley medalı ilə təltif edilib.
Azərbaycan Professional Kinorejissorlar Gildiyasının və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvüdür. Evlidir, üç övladı var.
29 iyul 2016-cı ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.
Filmoqrafiya Alilikdə sadəlik... Heydər Əliyev (film, 2018) AR QHT Şurası; AİDA İMANQULİYEVA (film, 2018) İTV Carçı-film YB; Ağıllılar və dəlillər (film, 2016) Aləmdə səsim var mənim. Seyid Əzim Şirvani (film, 2014) Alman yadigarları... (film, 2012) Ana qaz (film, 2005) Aşıq Pənah (film, 2007) Artirelyanın atası. General Əliağa Şıxlinski.(film, 2019 İTV. Carçıfilm YB. Ata arzusu (film, 2002) Azad Mirzəcanzadə (film, 2018) İTV Carçı-film YB Azərbaycan neftçisinin rəmzi... akademik Xoşbəxt Yusifzadə (film, 2020) Azərbaycan - Tolirantlıq nümunəsi (film, 2017) İTV Carçı-film YB Azərbaycan -ABŞ 21 il(film, 2013) CBCfilm "Azərkosmos" (film, 2014) CBCfilm Aprel səhəri (film, 2015)| ANS TV Bəyaz işığın Zərifəsi. film 2021) AzTv Bədirlənmiş may (film, 2016) Bəstəkar Şəfiqə Axundova (2012) ATV international Bəxtimə düşən sənət. Nazim Ağayev (2008)Milli adət-ənənə və toy mədəniyyətini əks etdirən yeni sənədli film…: "Bəxtimə düşən sənət: Nazim Ağayev": [Rejissor Vasif Məmmədzadənin eyni adlı filmi haqqında] //Yeni Azərbaycan.- 2008.- 14 may.- S. 8. Beynəlxalq səfir (film, 2016) Birinci xanım. Mehriban xanım Əliyeva (film, 2021, AzTv) Biz də təbiətin bir parçasıyıq (2009) Böyük ömrün anları.Akademik V.Məmmədəliyev (film, 2013) CBCfilm Çayrud (film, 2005) Çəltik nəğməsi (film, 2008) Çünki gəncəm (film, 2021) AzTv Cumhuriyyəti Şərqə gətirənlər… (2 hissəli film, I film; 2018) İTV Carçı-film YB Cumhuriyyəti Şərqə gətirənlər… (2 hissəli film, II film; 2018) İTV Carçı-film YB Danışır Bakı (film, 2021) Daş yaddaşı (film, 2006) Daşların sirdaşı... AMEA-nın müxbir üzvü Məşədixanım Nemət (2012) ATV international Dəmir yumruq. İlham Əliyev (film,2022) AzTv Dəvələr (2003) Dostluq forumu 21-ci il (film, 2013) CBCfilm Duz gölü (film, 2001) Dünyanın şah damarı- Şahdəniz (film, 2018) İTV Carçı-film YB El adamı. Əyyub İsgəndərov (film, 2009) El yolunda... Aşıq Şakir (2008) Əli Vəliyev (film, 2011)Allahverdiyev, E. Əli Vəliyev barədə film: [Rejissor Vasif Məmmədzadənin Xalq yazıçısı Əli Vəliyevə həsr etdiyi "Əli Vəliyev" adlı sənədli filmi haqqında] //Ekran-efir.- 2011.- 6 may.- S. 5. Ellər Vurğun deyib axtaran zaman (film, 2011) Əllərin sehri (film, 2007) Ərənlərin oyunu - Çövkən (2010)Allahverdiyev, E. Qədim ənənələri yaşadaq: [Quruluşçu rejissor Vasif Məmmədzadənin çövkən idman növü haqqında çəkdiyi "Ərənlərin oyunu" adlı sənədli film haqqında] //Ekran-efir.- 2010.- 28 may.- S. 6. Fədakar (2 hissəli bədii-sənədli film, 2015) Füzuli rindu şeydadır... (2013) AzTV Gəl sevək bu həyatı. İslam Səfərli (film, 2014) AzTv Gələcəyin sorağında (film, 2010) General qüruru. Səməd bəy Mehmandarov.(film 2019)İtv.Carçıfilm YB. Günün gəncləri (film,2022) Güllələnmiş qərənfillər (film, 2011) ATV international Günəşə doğru... Kələntər Kələntərli (2009) Gözəllik və müdriklik timsalı (2020) AzTv Hakim mərkəzi göstərir (film, 2009) (İdman Azərbaycan kanalının ilk sənədli filmi, 2009) Hacı Zeynalabdin Tağıyev (film, 2020) İtv.Carçıfilm YB. Hər şey məhəbbətdən başlanır... Rza Diqqəti (film, 2013) CBCfilm Horadiz əməliyyatı... (film, 2019) İTV Carçı-film YB Hekayəçinin hekayəti... Ənvər Məmmədxanlı (film, 2018) İTV Carçı-film YB Həsən bəy Zərdabi (film, 2003) İdmanda tapılan xoşbəxtlik (film, 2009) İki xalqın oğlu (film, 2004) İşıqlı ilmələr. Lətif Kərimov (film, 2007) (Aztv) Klinik ölüm (film, 2016) Kömür (film, 2004) Köhnə formadan formulaya (film) ANS TV Lal (bədii film, 2003) Lal çinar (2006) bədii film Laylalar (film, 2006) Ləzgi həngi əfsanəsi (film, 2010) Liderlər Lider haqqında (film, 2012) CBCfilm Limon (film, 2008) Məhəmməd Hadi (2012) AzTV Mən nigaran deyiləm... Aprel şəhidi Sənan Axundov (film, 2018) İTV Carçı-film YB Mən Hüseyn Arifəm (2010) Milli ruhun bahadırları (film, 2010) Müdriklik zirvəsində - akademik M. Cəfər Cəfərov (film, 2017) İTV Carçı-film YB Nəyim varsa sazımdadır... (2009) AZTV Novruz mücdəsi (film, 2011) ATV international Nuru Paşa (film, 2016) AMS; Olqa (film, 2001) Ömrün yuxuları... Cəlil Məmmədquluzadə (film, 2014) AzTv Ömür Yolu. Abdulla Babayev (film) Ovqat Lider TV Özgə aləm Lider TV Özü də işıq, sözü də... Qoşqar Əhmədli (2009) Paralimpiya-Həyata dönüş (film, 2017) İTV Carçı-film YB Qala altında şəhər (film, 2012) ATV İnternational Qaranlıq dünyanın nuru (2012) ATV international Qarabağnamə (3 film,5 hissə, 2016-2017) (bədii serial) İTV Carçı-film YB Qədimlərdən gələn səda... (film, 2011) ATV international Rəqəmlər (film, 2016) ANS Rəqs mənim ömrümdür (film, 2011) Rəşid bəy Əfəndiyev (film, 2007) Rəssamlıq akademiyası (film, 2002) Şəhər içində şəhər (film, 2011) ATV international Şəhərlər gözəli... BAKI (film, 2017) İTV Carçı-film YB Sabah şənbə idi... 20 yanvar 1990 (film, 2022 Aztv) Səhhət Veys 30 il sonra (film, 2001) Sənət Məbədi (film, 2010) Sərkərdə ləyaəti. General Əliağa Şızlinski (film, 2011) Sonsuz sevgi və ehtiramla. Heydər Əliyev (film, 2022, AzTv) Son beşik (film, 2015) ANS TV Son çəkiliş. Sirac Abışov (film, 2021) AzTv Son qeydlər. Məhərrəm İbrahimov (film, 2021) AzTv Sönməz ziya... Ziya Bünyadov (film, 2018) İTV Carçı-film YB Söz körpüsü Akademik Həmid Araslı (2010)Allahverdiyev, E. "Söz körpüsü"nün premyerası: [Rejissor Vasif Məmmədzadənin akademik Həmid Araslıya həsr etdiyi eyni adlı filmi haqqında] //Ekran-efir. — 2010. — 3 dekabr. — S. 5. Su quyuları Lider TV Su talehi... Samux (film, 2008) Tale Yazısı (film 2003) Ustad nəfəsi Aşıq İsfəndiyar (2008) Xurşidbanu Natəvan (film, 2012) AzTV Yanmaqda şöləsi pərvanələr içrə. Q.b. Zakir (film, 2012) Yaxşı bax kitabıma... Aləmzər Əlizadə (film, 2009) Yurd ilanı (film, 2015) Yuxu (film, 2016) Zamanını gözləyən libas (film 2021) AzTv
İstinadlar
Kateqoriya:Azərbaycan rejissorları Kateqoriya:Azərbaycanlı rejissorlar Kateqoriya:Həsən bəy Zərdabi mükafatı laureatları