Əli İsa Cabbarov () — Azərbaycan rejissoru, ssenari müəllifi, prodüser.Cabbarov, Ə. Azərbaycan kinosu Qarabağa təbii ki, borcludu: [rejissor, prodüser Əli İsa Cabbarovla müsahibə] /müsahibəni apardı Samirə Əşrəf //Ədalət.- 2014.- 1 oktyabr.- S.4. Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi.*Asimqızı, A. İstanbulda Azərbaycan Film Festivalı keçirilir: Əli İsa Cabbarov: "Film festivalına çox uğurlu filmlər seçilib": [Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, tanınmış rejissorun festival haqqında fikirləri] //Üç nöqtə.- 2014.- 30 yanvar.- S.13.
Həyatı Əli İsa Cabbarov 20 sentyabr 1974-cü ildə Bakıda anadan olub. ADMİU-nun kino və televiziya filmləri rejissorluğu fakültəsində təhsil alıb (1996). 1994-cü ildən "Azərbaycantelefilm"də çalışır.
2005-ci ildə Aynur Mustafayeva ilə birlikdə Dərviş Prodüser Mərkəzini, Asif Rüstəmov və Fehruz Şamıyev ilə birlikdə Azərbaycan Gənc Film İstehsalçıları Assosiasiyasını (AGFİA) təsis edib.
2005-ci ildən Dərviş Prodüser Mərkəzinin direktoruSevda M. "Biz daha geniş meydan istəyirik": ["Dərviş" Prodüser Mərkəzinin direktoru Əli İsa Cabbarovla "Bu meydan bu ekran " müsabiqəsi ilə bağlı müsahibə] //525.-ci qəzet.- 2008.- 16 may.- S. 7. və Azərbaycan Gənc Film İstehsalçıları Assosiasiyasının sədri vəzifəsində çalışır.
Əli İsa Cabbarov Cənubi Qafqaz Müstəqil Kinematoqrafçılar Assosiasiyasının təsisçilərindən biridir. 2008-ci ildən "Fokus" analitik kino jurnalının naşirlərindən biridir.
2009-cu ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının katibidir.
Filmoqrafiya Altay Məmmədov (film, 2002) Ana duasından başlanan yol (film, 2001) Arxası qibləyə (film, 2009) Arpaçay (film, 2006) Bir ana tanıyıram (film, 2002) Borçalı elləri. Qaraçöp (film, 1999) Çalış, nəfəs alma (film, 2006) Çiçi xalçaları (film, 2002) Dədəgünəş (film, 2000) Dünya şöhrətli məzun (film, 2003) Düyün (film, 2008) Ev (film, 2007) Əkrəm Əylisli. İşıq həsrəti (film, 2003) İz… Qala (film, 2010)Azərbaycan filmi beynəlxalq festivalın mükafatına layiq görülmüşdür: ["İz…Qala" Azərbaycan sənədli filmi ABŞ-nin Filadelfiya şəhərində keçirilmiş "Philadelphia Documentary & Fiction Festival" Beynəlxalq kinofestivalının "Münsiflərin xüsusi xatırlatması" nominasiyasının diplomuna layiq görülmüşdür] //Azərbaycan.- 2012.- 11 iyul.- S. 8. Meşənin nağılı (film, 2001) Molokanlar. Saf ruh (film, 2004) Muzey (film, 1996) Neftlə çəkilən portret (film, 2011) Ölüm haqqında şəhadətnamə və ya Quranı oxuyarkən (film) Qanadlarıma sığal çək (film, 2008) Tanrıya tapınan Kiş (film, 2001) Teatr (film, 2004) Teatral həyat (film, 2009) Təzadlar (film) Yalançılar (film, 2008) Yaxşı adam haqqında (film, 2004) Yeddi oğul istərəm, bircə dənə qız gəlin (film, 2002) Zaqatala qoruğu (film, 2001) Zirvədən boylanan Xınalıq (film, 1999) "Sarı gəlin"in sorağında
İstinadlar
Xarici keçidlər "Mənim tanıdığım Vaqif". Premyera "Mənim tanıdığım Vaqif" filminin təqdimatı keçirilib
Kateqoriya:Azərbaycan kinorejissorları Kateqoriya:Azərbaycan ssenaristləri Kateqoriya:Azərbaycan kinoprodüserləri