Birinci Mahmudlu bələdiyyəsi — Azərbaycan Respublikasının Füzuli rayonunda 1999-2024-cü illərdə fəaliyyət göstərmiş bələdiyyə.

Tarixi 07.12.1999-cu il tarixli 771-IQ nömrəli "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanunun ilkin versiyasının "Füzuli rayonu" bölməsinə əsasən yaradılan 18 bələdiyyədən biri də Füzuli rayonunun Birinci Mahmudlu bələdiyyəsi olub.

2003-2020-ci illərdə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş mərkəzi (indiki Bələdiyyələrlə iş baş idarəsi) və İmişli Regional Ədliyyə İdarəsi həyata keçirib.

Bu Bələdiyyənin Nizamnaməsi onun 25.01.2000-ci il tarixli 01 nömrəli Protokolunda təsbit eidlmiş Qərarı ilə təsdiq edilib və Füzuli rayonunun Bala Bəhmənli bələdiyyəsinin 28.04.2025-ci il tarixli 03 nömrəli Protokolunda edilmiş 3-cü Qərarı ilə ləğv edilib.

Yaradıldıqdan sonra Bələdiyyə 18.04.2000-ci il tarixli 864-IQ nömrəli Qanunla təsdiq edilmiş "Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında" Əsasnaməyə uyğun olaraq Horadiz şəhərində yaradılmış Füzuli rayonu üzrə Bələdiyyələrin Əlaqələndirmə Şurasının üzvülüyünə qəbul edilib.

03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə uyğun olaraq, Bələdiyyə Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvülüyünə qəbul edilib.

2020-2024-cü illərdə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş mərkəzi (Bələdiyyələrlə iş baş idarəsi) və Qarabağ Regional Ədliyyə İdarəsi vasitəsilə həyata keçirilib.

18.11.2024-cü il tarixli 50-VIIQ nömrəli Qanunun 18-ci hissəsinə əsasən: "18. Füzuli rayonu üzrə: 18.1. 3 №-li Qayıdış, 8 №-li Qayıdış, Araz Dilağarda, Araz Zərgər, Bala Bəhmənli və Birinci Mahmudlu bələdiyyələrinin əhatə etdiyi 1 №-li Qayıdış, 2 №-li Qayıdış, 3 №-li Qayıdış, 4 №-li Qayıdış, 5 №-li Qayıdış, 6 №-li Qayıdış, 7 №-li Qayıdış, 8 №-li Qayıdış, 9 №-li Qayıdış, 10 №-li Qayıdış, 11 №-li Qayıdış qəsəbələrində və Araz Dilağarda, Araz Zərgər, Bala Bəhmənli, Birinci Mahmudlu kəndlərində Bala Bəhmənli bələdiyyəsi;" yaradılıb. Bununla da Birinci Mahmudlu bələdiyyəsinin fəaliyyətinə xitam verilib.

Mərkəzi və ərazisi 07.12.1999-cu il tarixli 771-IQ nömrəli "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanunun həmin vaxt qüvvədə olan redaksiyasının 12-ci bəndinə əsasən bu Bələdiyyənin Mərkəzi Füzuli rayonunun Birinci Mahmuldu kəndi olub.

"Bələdiyyə əraziləri və torpaqları haqqında" Qanunun əvvəlki redaksiyasına əsasən həmin bələdiyyənin ərazisinə aşağıdakılar aiddir: Bələdiyyənin adıVÖENBələdiyyə ödəyicisi üçün vergi koduBələdiyyənin statistik koduİnzibati ərazi dairəsinin adıİƏD statistik koduİnzibati ərazi vahidinin adıİƏV statistik koduFüzuli rayonunun Birinci Mahmudlu bələdiyyəsi7500118611750960630047Bala Bəhmənli kənd iəd60630005Birinci Mahmudlu kəndi60630048

İstinadlar

Kateqoriya:Füzuli rayonunun ləğv olunmuş bələdiyyələri Kateqoriya:1999-cu ildə Azərbaycanda yaradılan bələdiyyələr Kateqoriya:2024-cü ildə Azərbaycanda ləğv olunan bələdiyyələr