Horadiz bələdiyyəsi — Azərbaycan Respublikasının Füzuli rayonunda 1999-cu ildən fəaliyyət göstərən bələdiyyə.
Tarixi 07.12.1999-cu il tarixli 771-IQ nömrəli "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanunun ilkin versiyasının "Füzuli rayonu" bölməsinə əsasən yaradılan 18 bələdiyyədən biri də Füzuli rayonunun Horadiz bələdiyyəsi olub.
1999 - 2020 ci illərdə Horadiz bələdiyyəsi təmas xəttində yerləşib və ərazisi daim atış altında olub. Bu səbəbdən Bələdiyyə ərazisində torpaq islahatı aparılmayıb.
04.04.2000-ci il tarixli 02 №-li Bələdiyyə Protokolunun 1-ci Qərarı ilə Bələdiyyənin ilk Nizamnaməsi qəbul edilib, 28.04.2025-ci il tarixli 03 №-li Protokolunun 3-cü Qərarı ilə ləğv edilib.
18.04.2000-ci il tarixli 864-IQ nömrəli Qanunla təsdiq olunmuş “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında” Əsasnamə"yə əsaəsn "Füzuli rayonu üzrə Bələdiyyələrin Əlaqələndirmə Şurası" Horadiz şəhərində yaradılmış və Füzuli rayonunda fəaliyyət göstərən bütün bələdiyyələr həmin Şuraya üzv olmuş, Horadiz bələdiyyəsinin sədri eyni zamanda Şura sədri seçilmişdir.
2003 – 2020-ci illərdə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş mərkəzi (indiki Bələdiyyələrlə iş baş idarəsi) və İmişli Regional Ədliyyə İdarəsi həyata keçirib.
03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə uyğun olaraq, həmin Bələdiyyə Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının üzvü olmuşdur.
23.10.2007-ci il tarixli 468-IIIQ nömrəli Qanunla Füzuli rayonunun "Əhmədalılar kənd inzibati ərazi dairəsi tərkibindəki Əhmədalılar kəndi ərazisinin Horadiz qəsəbəsi ilə həmsərhəd olan hissəsindən 31,0 (otuz bir) ha, Arayatlı kənd inzibati ərazi dairəsi tərkibindəki Mollaməhərrəmli kəndi ərazisinin Horadiz qəsəbəsi ilə həmsərhəd olan hissəsindən 37,0 (otuz yeddi) ha, Qarakollu kənd inzibati ərazi dairəsi tərkibindəki Qarakollu kəndi ərazisinin Horadiz qəsəbəsi ilə həmsərhəd olan hissəsindən 122,0 (yüz iyirmi iki) ha, Pirəhmədli kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Rəfədinli kəndi ərazisindən 35,0 (otuz beş) ha və Qış otlaq fondunun 50 h №-li hissəsinin Horadiz qəsəbəsi ilə həmsərhəd olan 117 (yüz on yeddi) ha torpaq sahəsi əlavə edilmiş xəritəyə uyğun olaraq Horadiz qəsəbəsinin inzibati ərazisinə" verilib, "Horadiz qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Horadiz qəsəbəsinə şəhər statusu" verilib, "Horadiz qəsəbə inzibati ərazi dairəsi Horadiz şəhər inzibati ərazi dairəsi hesab" edilib.
01.04.2008-ci il tarixli 586-IIIQD nömrəli Qanunla "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanunda 13-cü sırada "Horadiz bələdiyyəsi" sözlərinin qarşısındakı "Horadiz qəsəbəsi" sözləri "Horadiz şəhəri" sözləri ilə əvəz edilmişdir. Bundan sonra Horadiz bələdiyyəsi Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının üzvü olmuşdur.
2020-ci ildən "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş mərkəzi (indiki Bələdiyyələrlə iş baş idarəsi) və və Qarabağ Regional Ədliyyə İdarəsi vasitəsilə həyata keçirilir.
28.04.2025-ci il tarixli 03 №-li Bələdiyyə Protokolunun 1-ci Qərarı ilə Bələdiyyənin ikinci Nizamnaməsi qəbul edilib.
14 iyul 2025-ci il tarixli 6 №-li Bələdiyyə Protokolunun 1-ci Qərarı ilə "Azərbaycan Respublikası Füzuli rayonunun Horadiz bələdiyyəsinin ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərə həmin xidmətlərə görə yerli ödənişin müəyyən edilməsi haqqında" normativ xarkaterli aktı qəbul olunub və 26.07.2025-ci il tarixlində Hüquqi Aktların dövlət reyestrinə daxil edilərək, qüvvəyə minib. Bu akt Qarabağ Regional Ədliyyə İdarəsinin dəstəyi ilə hazırlanıb və yeni üslibda qəbul eidlmiş sayca dördüncü normativ xarakterli aktdır.
03.12.2025-ci il tarixli 18 №-li Bələdiyyə Protokolunun 5-ci Qərarı ilə Bələdiyyə embleminin istifaqə qaydalarını və təsvirini təsdiq edib. Həmin emblemin simvolik-məna təsvirinə əsasən:6. Simvolik təsvir
6.1. Bu Emblem Şərq qalxanı üzərində təsvir edilib və ərazinin Şərq-türk mədəniyyətinə aidiyyətini göstərir;
6.2. mavi qrafik element Azərbaycanın qədim heraldik ənənəsində də geniş istifadə olunan klassik türk tayfalarının «yay» (ox yayı) simvoludur;
6.3. yay kirişi (vətər) çəkilməmiş vəziyyətdə təsvir olunduğuna görə bu yay boş vəziyyətdədir və sülh dövrünü ifadə edir;
6.4. üfüqi yerləşdirilmiş ikinci gövs olan hilal (uca bucağı sağa) klassik bayraq ayparasından fərqli olaraq üfüqi qoyulması “sülh, sabitlik və davamlı inkişaf” mesajı verir;
6.5. həmin elementin ucları sağa baxdığı üçün “gələcəyə doğru irəliləyiş” mənasını ifadə edir.01.04.2026-cı il tarixli 09 №-li Bələdiyyə Protokolunun 2-ci Qərarı ilə Bələdiyyənin ilk dəfə Reqlamenti təsdiq edilib. Bu Reqlament Qarabağ Regional Ədliyyə İdarəsinin dəstəyi ilə, beynəlxalq korporativ idarəetmə standartlarına və qanunvericiliyə uyğun tərtib olunub. Reqlamentdə tənzimlənmiş, iclasların keçirmə qaydası və qarşıya çıxan problemlərin həlli Qarabağ Regional Ədliyyə İdarəsinin rəisi Fariz Şirinovun rəhbərliyi ilə 04.06.2026-cı il tarixlində keçirilən tədbirlərdə geniş müzakirə olunub . Bu Reqlamentə dəyişikliklər aşağıkı protokollarla edilib: 24.08.2026-cı il tarixli 19 №-li Protokolun 7-ci Qərarı.
07.08.2026-ci il tarixli 18 №-li Bələdiyyə Protokolunun 3.1-ci Qərarı ilə "Füzuli rayonunun Horadiz bələdiyyəsinin Vergi Xidməti Orqanı haqqında" Əsasnaməsi təsdiq edilib. Sənəd Vergi xidmət orqanın təşkilinə, vəzifəli şəxslərin təyinatına, onların səlahiyyətlərinin həyata keçirilməsi prosedurlarına həsr olunub. Bu əsasənamənin layihəsi “Bələdiyyələrin vergi xidməti orqanının səlahiyyətləri” mövzusunda Qarabağ Regional Ədliyyə İdarəsi tərəfindən rəisi Fariz Şirinovun rəhbərliyi ilə 08.06.2026-cı il tarixində keçirilən tədbirdə geniş müzakirə olunub .
07.08.2026-ci il tarixli 18 №-li Protokolun aşağıdakı qərarları ilə Bələdiyyənin aşağıdakı daxili tənzimləmə (təşkilati) aktları təsdiq olunub:
"Vergi Xidməti Orqanı haqqında" Əsasnamə - 3.1-ci Qərarla təsdiq edilib. Sənəd Vergi xidmət orqanın təşkilinə, vəzifəli şəxslərin təyinatına, onların səlahiyyətlərinin həyata keçirilməsi prosedurlarına həsr olunub. Bu əsasənamə “Bələdiyyələrin vergi xidməti orqanının səlahiyyətləri” mövzusunda Qarabağ Regional Ədliyyə İdarəsi tərəfindən rəisi Fariz Şirinovun rəhbərliyi ilə 08.06.2026-cı il tarixində keçirilən tədbirdə geniş müzakirə olunub ; Bələdiyyə qurumlarında vətəndaş qəbulu Qaydaları - 2.1-ci Qərarla təsdiq edilib. Bu Qaydalar “Bələdiyyələrdə vətəndaş qəbulunun planlaşdırılması, təşkili, keçirilməsi və rəsmiləşdirilməsi” mövzusunda Qarabağ Regional Ədliyyə İdarəsi tərəfindən rəisi Fariz Şirinovun rəhbərliyi ilə 16.09.2026-cı il tarixlində keçirilən videoseminarda geniş müzakirə edilib ; "Bələdiyyə binasının xüsusi lövhələri haqqında" Təlimat - 3-cü Qərarla təsdiq edilib. Sənəddə Bələdiyyə binasının çölündə və içərisində xüsusi lövhənin tərtibatı, yerləşdirilməsi və yenilənməsi, Xüsusi lövhədə informasiyanın yerləşdirilməsi və yenilənməsi, əhali üçün elanların verilməsi və məlumatların açıqlanması ilə bağlı münasibətlər tənzimlənib; Bələdiyyənin korrupsiya əleyhinə Qaydaları - 4.1-ci Qərarla təsdiq edilib. Sənəddə Bələdiyyə nüfuzunun qorunması, korrupsiyanın qarşısının alınması, hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər, maraqlar toqquşmasının qarşısının alınması, yaxın qohumların birgə işləməsinə yol verilməməsi, korrupsiya şübhəsinin bildirilməsi, Etik Nəzarətçinin fəaliyyəti, korrupsiya şübhəsinin qeydə alınması və araşdırılması və məlumatverənin müdafiəsi ilə bağlı münasibətlər tənzimlənib. Bu Qaydalar "Bələdiyyələrdə korrupsiya əleyhinə Qaydaların tətbiqi" mövzusunda Qarabağ Regional Ədliyyə İdarəsi tərəfindən rəisi Fariz Şirinovun rəhbərliyi ilə 21.09.2026-cı il tarixlində keçirilən videoseminarda geniş müzakirə edilib ; Bələdiyyənin müqavilə Qaydaları - 5-ci Qərarla təsdiq edilib. Sənəddə Bələdiyyənin bağladığı müqavilələrin daxili nümunəvi formanın hazırlanması və təsdiqi, ona dəyişiklik, formadan kənaraçıxma, müqavilələrin hüquqi və maliyyə-mühasibatlıq ekspertizası, ekspertiza nəticələrinin rəsmiləşdirilməsi, müqavilənin Bələdiyyə iclasında müzakirəsi və təqdim edilməsi məsələləri ilə bağlı münasibətlər tənzimlənib; Bələdiyyənin elektron informasiya təhlüksizliyi Təlimatı - 8-ci Qərarı ilə təsdiq edilib. Bələdiyyədə elektron infotəhlükəsizliyin təşkili, təmin edildiyi təqdirdə Xidməti rabitə vasitələrindən istifadə zamanı elektron infotəhlükəsizlik, Xidməti İKT avadanlığından istifadə zamanı elektron infotəhlükəsizlik, Bələdiyyədaxili İKT şəbəkəsindən, internetdən və sosial şəbəkələrdən istifadə zamanı elektron infotəhlükəsizlik və informasiya təhlükəsizliyi ilə bağlı digər münasibətlər tənzimlənib.
Mərkəzi və ərazisi Nizamnaməsinin 1.5-ci bəndinə əsasən Bələdiyyənin məkəzi Horadiz şəhərində yerləşir.
Bələdiyyənin ünvanı: Horadiz şəhəri M.Rəsulzadə küçəsi 43.
Həmin Nizamnaməyə əsasən Bələdiyyənin ərazisinə aşağıdakılar aid edilib: Bələdiyyənin adıVÖENBələdiyyə ödəyicisi üçün vergi koduBələdiyyənin statistik koduƏrazisi (km²)İnzibati ərazi dairəsinin adıİƏD statistik koduİnzibati ərazi vahidinin adıİƏV statistik koduFüzuli rayonunun Horadiz bələdiyyəsi75001208717513606260075.78Horadiz şəhər iəd60626005Horadiz şəhəri60626014 Bu Bələdiyyənin ərazisinə dair olan kəndlərin mənsub olduqları inzibati ərazi dairələri nəzərə alınaraq, İkinci qarabağ müharibəsi nəticəsində işğaldan azal olunmuş aşağıdakı kəndlərin gələcəkdə həmin bələdiyyəyə aid ediləcəyi güman edilir: Horadiz kənd iəd60610005Horadiz kəndi60610018Dördçinar kəndi60610028Hüngütlü kəndi60610038
Bələdiyyənin fəaliyyəti ilə bağlı digər məlumatlar "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş mərkəzi (indiki Bələdiyyələrlə iş baş idarəsi) və və Qarabağ Regional Ədliyyə İdarəsi vasitəsilə həyata keçirilir.
"Bələdiyyə qulluğu haqqında" Qanuna uyğun olaraq, Bələdiyyədə mühasib və digər bələdiyyə qulluqçuları fəaliyyət göstərir.
Bələdiyyə sədri barədə məlumatlar Bələdiyyələrlə İş Potalında dərc edilir.
Bələdiyyənin məlumatına görə 2025-ci il yanvar ayı üçün Bələdiyyə ərazisində 2230 ev təsərrüfatı fəaliyyət göstərməklə, 7680 nəfər yaşayır.
İstinadlar
Kateqoriya:Füzuli rayonunun bələdiyyələri Kateqoriya:Horadiz Kateqoriya:1999-cu ildə Azərbaycanda yaradılan bələdiyyələr